Icma.az
close
up
RU
Stəkanda fırtına: Liderlərin içki seçimi və diplomatik mesajlar

Stəkanda fırtına: Liderlərin içki seçimi və diplomatik mesajlar

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri zamanı ev sahibinə hörmətsizlik kimi qəbul edilən davranışının müzakirəsi bitmir. Sosial şəbəkə və ənənəvi mediada ona ikram olunan qəhvədən imtinası səhnəsi viral olub. 

Yenisabah.az xəbər verir ki, oxşar hallar digər ölkə prezidentlərinin müxtəlif dövlətlərə səfəri zamanı da qeydə alınıb.

2019-cu ilin dekabrında Vladimir Putinin Şimali Koreya səfəri zamanı da diplomatik nəzakət qaydasının pozulması ittihamı səslənmişdi. 

Kim Çen İn ilə şampan qədəhlərini toqquşdurduqdan sonra onların içilmədən masaya qoyulması gündəmə gəlmişdi. Sosial şəbəkələrdə Putinin şübhəli nəzərlərlə Şimali Koreya liderinə baxması, məhz onun ilk olaraq qədəhi dodaqlarına toxundurmasını gözləməsi, Kim Çen Inın isə bunu etməməsi və tərəf müqabilindən eyni hərəkəti gözləməsi görüntüləri xeyli müzakirə doğurmuşdu.

Bu, hər iki liderin bir-birlərinə güvənməzliyini göstərirdi.

Bu yaxınlarda isə, daha doğrusu, 9 May Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya gələn Çin dövlət başçısı Si Cinpin Putinlə çay süfrəsi başında eyni güvənsizliyi nümayiş etdirdi. Si Putinin süzdüyü çayı içməkdə qərarsız idi və bu, diqqətdən yayınmadı.

Son illərdə beynəlxalq liderlər arasında içki təklifi, tost qaldırma və digər qonaqpərvərlik jestləri sadəcə etiket qaydası olmaqdan çıxaraq, siyasi və diplomatik münasibətlərin rəmzi ifadəsinə çevrilib. Liderlərin bir-birinə çay, qəhvə, şampan və ya digər içkilər təklif etməsi, bunu necə təqdim etmələri və qarşı tərəfin bu jestə necə reaksiya verməsi diqqətlə izlənir və tez-tez şərh olunur.

Bu cür jestlər həm tərəflər arasında yaxınlıq, etibar və qarşılıqlı hörmətin göstəricisi kimi qəbul edilə bilər, həm də əksinə, soyuqluq, siyasi gərginlik və ya incə etiraz forması kimi yozula bilər. Bəzi hallarda, belə jestlərin açıq şəkildə rədd edilməsi və ya qəbul edilməməsi diplomatik dairələrdə və ictimaiyyət arasında müxtəlif müzakirələrə səbəb olur.

Sosial mediada yayılan görüntülər, mətbuatdakı başlıqlar və bədən dili analizləri bu kimi davranışları fərqli kontekstlərdə şərh etməyə çalışır. Nəticədə, adi görünən bir içki jesti, liderlərin şəxsi münasibətləri və ya iki ölkə arasındakı geosiyasi əlaqələr barədə daha dərin mesajların daşıyıcısına çevrilə bilir.

Bəs diplomatik protokol qaydaları nəyi nəzərdə tutur?

Diplomatik protokol dedikdə, dövlət rəsmilərinin və xarici nümayəndələrin qəbulunda riayət edilən rəsmi davranış, geyim, jestlər, oturma düzəni, yemək və içki təqdimatı kimi qaydalar nəzərdə tutulur. Bu protokol qonağın ölkəsinə, mədəniyyətinə, dini inancına və fərdi xüsusiyyətlərinə hörmət prinsipi üzərində qurulur. Məqsəd qonağı narahat etmədən qarşılıqlı etimad və hörmət mühiti yaratmaqdır.

Qəhvə içməyən, spirt qəbul etməyən, yalnız müəyyən çayı seçən liderlərə necə yanaşılır?

Belə məsələlər çox ciddi şəkildə əvvəlcədən araşdırılır. Diplomatik görüşlər və rəsmi ziyafətlər öncəsi aşağıdakı məlumatlar qonaq tərəfdən və ya onların nümayəndələrindən toplanır:

Qida allergiyaları və sağlamlıqla bağlı məhdudiyyətlər

Dini qadağalar (məsələn, spirt içməmə, donuz əti qəbul etməmə)

Fərdi zövqlər (məsələn, yalnız yaşıl çay içir, kofe içmir və s.)

Veganlıq, vegetarianlıq və digər qidalanma seçimləri

Bu məlumatlar əsasında menyu və içkilər xüsusi şəkildə hazırlanır. Məqsəd odur ki, liderin narahatlığı və ya etirazı olmadan tədbir səmərəli keçsin.

Dekastrator (etiket müşaviri və ya protokol məsulu) təyin olunurmu?

Diplomatik səviyyəli tədbirlərdə və yüksək səviyyəli dövlət görüşlərində adətən ev sahibi ölkə tərəfindən protokol xidməti və ya xüsusi nümayəndə – bəzən “dekastrator” kimi tanınan şəxs təyin olunur.

Bu şəxsin vəzifələri bunlardır:

Qonağın protokol tələblərinə uyğun tədbiri təşkil etmək

Menyunun uyğunluğunu yoxlamaq

Oturma ardıcıllığını və bədən dili jestlərini izləmək

Riskli məqamların (məsələn, içki təqdimatı, yemək tərkibi və s.) qarşısını almaq

Zərurət olduqda dərhal müdaxilə etmək və situasiyanı yumşaltmaq

Bəzən bu şəxs tədbirdə görünməz rolda olur, lakin hər an vəziyyətə nəzarət edir.

Risklərə necə yanaşılır?

Diplomatik tədbirlərdə “böyük qalmaqallar”ın qarşısını almaq üçün əvvəlcədən ssenarilər hazırlanır, alternativ seçimlər (məsələn, spirt yerinə meyvə şirəsi, kofe əvəzinə çay) hazır olur və heç bir şey təsadüfi şəkildə təqdim edilmir. Əgər bir prezident spirtli içki içmirsə, tost zamanı ona şampan şüşəsində meyvə suyu təqdim oluna bilər. Bu, həm jesti qoruyur, həm də qonağın inancına hörmət edir.

Aytac Şahin


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri