Icma.az
close
up
RU
“Türkiyə regionda ən təsirli oyunçuya çevrilir, İsrail müqavimət göstərir“ “İran News“

“Türkiyə regionda ən təsirli oyunçuya çevrilir, İsrail müqavimət göstərir“ “İran News“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Türkiyə artıq sadəcə vasitəçi deyil, yeni düzənin memarlarından biridir..."

Qəzza müharibəsi Türkiyənin Yaxın Şərqdə artan təsirini daha da aydın şəkildə ortaya qoydu. Uzun illər Qətər və Misirin vasitəçiliyi ilə aparılan danışıqlarda ikinci planda görünən Ankara indi artıq regionun "əsas oyunçusu" kimi tanınır.

Moderator.az xəbər verir ki, bu barədə "İslamnews.ru" nəşri yazıb.

Ankaranın qayıdışı və qüvvə balansının dəyişməsi

İsrailin keçmiş xüsusi xidmət rəhbəri Oded Ayllamın sözləri ilə desək, "Türkiyə artıq sadəcə vasitəçi deyil, yeni düzənin memarlarından biridir". Donald Trampın təşəbbüsü ilə imzalanan atəşkəs razılaşmasının əsas zəmanətçilərindən biri məhz Türkiyə olub.

Tramp açıq şəkildə Ərdoğanı "dünyanın ən güclü liderlərindən biri" adlandırıb, bu da Ankaranın diplomatik çəkisinin Vaşinqton səviyyəsində tanındığını göstərib. Bu yaxınlaşma İsraildə narahatlıq doğurur. Netanyahunun müşavirləri artıq etiraf edir ki, "Türkiyənin Qəzzada hərbi, inzibati və ya humanitar mövcudluğu İsrail üçün qırmızı xətdir".

Ankaranın mövqeyi sadədir: Qəzza xalqı və müqavimət hərəkatı qorunmalıdır. Ərdoğan hələ 2023-cü ildə bu mübarizəni "Kuvay-i Milliyə", yəni Türkiyənin azadlıq mübarizəsi ilə müqayisə edib. Bu baxış onu göstərir ki, Ankara Qəzzanı sadəcə bir münaqişə ocağı kimi deyil, həm də öz milli təhlükəsizlik zəncirinin bir halqası kimi görür.

Regional güc mərkəzinə çevrilən Türkiyə

Son illərdə Türkiyə Misir, Qətər, hətta Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa edərək, "ərəb baharı" sonrası dağılan diplomatik körpüləri yenidən qurub. İndi bu əlaqələr Qəzza məsələsində konkret nəticələr verir: Ankara, Qahirə və Doha birgə mexanizm yaradaraq atəşkəsin və sonrakı bərpa mərhələsinin əsas aktorlarına çevrilib.

İsrail üçün isə bu, ikiqat təhlükədir. Birincisi; Türkiyənin bölgədə nüfuzu İranın təsirindən qat-qat genişdir, çünki Ankaranın sünni dünyasında legitim dayaqları var. İkincisi, Türkiyə hərbi və iqtisadi cəhətdən İsraildən üstün vəziyyətə gəlir: Aralıq dənizində dəniz qüvvələrini gücləndirib, İsrailin qaz layihələrini məhdudlaşdıran Liviya ilə saziş imzalayıb, israilli gəmilərə limanlarını bağlayıb.

Ekspertlərin fikrincə, Türkiyə yaxın aylarda Qəzzada beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etsə, bu, yüz ildən sonra ilk dəfə bölgədə türk hərbi varlığının bərpası demək olacaq. İsrailin təhlükəsizlik institutlarından biri bunu "strateji kabus" kimi xarakterizə edir.

İsrailin tənəzzülü və yeni düzənin əlamətləri

Netanyahunun narahatlığı anlaşılandır - Qəzzada Türkiyənin dominant rolu İsrailin "müqaviməti məhv etmə" planını puç edir. Ərdoğan Misir və Qətərlə birlikdə həm müharibəni dayandırıb, həm də Qəzzanın məcburi köçürülməsinin qarşısını alıb. Bu, İsrailin uzunmüddətli kolonizasiya layihəsinə birbaşa zərbədir.

İndi Ankara növbəti mərhələyə - Suriyada sabitliyin bərpasına yönəlir. Türkiyə Suriya dövlətçiliyinin bərpası və kürd silahlı qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində addımlar atır. Bu proses eyni zamanda İsrailin şimal cinahında balansı dəyişə bilər.

İsrailin nüfuzlu ekspertlərindən Şay Qal xəbərdarlıq edir: "Əgər Türkiyə və Qətər danışıqlar masasında qalarsa, bu, İsrailin strateji məğlubiyyəti olacaq". Amma reallıq budur ki, Ankara artıq həmin masadadır və regionun yeni siyasi düzənini formalaşdıran əsas tərəfdir.

Nəticə etibarilə, Yaxın Şərqdə yaranan yeni qüvvə balansı göstərir ki, İsrailin dominantlığı dövrü başa çatır. Türkiyə isə bir əsrlik fasilədən sonra yenidən Qəzzada və bütün bölgədə həm diplomatik, həm hərbi, həm də mənəvi baxımdan söz sahibinə çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri