Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Böyrək şişlərinin simptomları və müalicəsi

Böyrək şişlərinin simptomları və müalicəsi

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Böyrəklər orqanizmdə cüt orqan olub əsasən filtr rolunu oynayır.

Tutqun rəngdə, paxla şəklində olan cüt orqanların orta çəkisi 100-120 qram, uzunluğu 10-12 santimetrdir. Lakin onların gördükləri iş həcmlərinə görə çox böyükdür. Böyrəklərin ən vacib funksiyalarından biri sidik turşusu, sidik cövhəri, keratin kimi zərərli maddələri sidik yolları ilə orqanizmdən xaric etməkdir. Bundan başqa, orqanizm üçün vacib olan mineralların - kalium, maqnezium, su və zülalın orqanizmdəki balansını tənzimləyir. “Erithropoietin” hormonunun köməyi ilə sümük iliyini stimullaşdıraraq qanın hazırlanmasına kömək edir. D vitamini sintezinin əmələ gəlməsində, qanda kalsium-fosfor mübadiləsini tənzimləməklə sağlam sümük sisteminin formalaşmasında mühüm rol oynayan böyrəyin funksiyalarından birində və ya bir neçəsində pozulma olarsa, bu, çox ağır və geri dönüşü olmayan xəstəliklərə gətirib çıxara bilər.

Hazırda böyrək xəstəlikləri çox geniş yayılıb. Böyrək xəstəlikləri arasında ən çox yayılmış xəstəliklərdən biri də böyrək şişləridir. Böyrək törəmələri ümumi şişlərin 4-5 faizini təşkil edir. Bu xəstəlik böyrək parenximasının zədələnməsi nəticəsində əmələ gəlir. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bu, kişilərin zərərli vərdişlərinin çoxluğu ilə əlaqədardır. Xəstəliyə adətən 45-50 yaşlardan sonra təsadüf olunur.

Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nefroloqu Aynur Əzizova məlumat verib.

“Xəstəliyin yaranmasına təkan verən amillərdən biri də irsi və bəzi doğuşdan əmələ gələn xəstəliklərdir. Bura polikistoz, at nalı böyrək və s. aiddir. Xroniki böyrək xəstələrini də risk qrupuna aid etmək olar. Siqaret istifadəsinin böyrək xərçənginə səbəb olduğu elmi araşdırmalarla sübuta yetirilib. Buna görə də kişilərdə bu xəstəlik qadınlardan daha çox müşahidə edilir. Normadan artıq istifadə edilən dərman preparatlarının toksiki təsirindən də böyrək şişlərinin yaranması mümkündür.

Xəstəliyin əlamətləri əsasən sidikdə qan izinin, hər iki böyrəkdə isə küt ağrıların olmasıdır. Müayinə zamanı qarın boşluğunun ultrasonoqrafiyasında aşkarlanan solid törəmənin mənşəyini daha da dəqiqləşdirmək üçün kompüter tomoqrafiya və maqnit rezonans tomoqrafiyadan istifadə olunur. Bunların nəticəsində xəstəliyə dəqiq diaqnoz qoymaq mümkündür”, - deyə həkim-nefroloq qeyd edib.

A.Əzizova bildirib ki, böyrək şişlərində metastazlar adətən ağciyərlərə verir. Xəstələr bəzən təngnəfəslik, öskürək, nəfəs almanın çətinləşməsi şikayəti ilə müraciət edirlər. Müayinələrdən sonra şişin ağciyərlərə metastaz verdiyi müşahidə olunur. Buna səbəb xəstənin özünə biganə yanaşmasıdır. Bəzi hallarda bu xəstəlik təsadüfən ortaya çıxır. Yəni xəstə başqa şikayətlə gəlir, lakin ağciyər və böyrəkdə fəsad qeydə alınır. Xəstəliyin erkən aşkarlanması onun müalicəsində uğur qazanmaqda böyük rol oynayır.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin müalicəsində daha çox cərrahi üsuldan istifadə edilir. Bu da şişin böyüklüyündən, böyrəyin hansı hissəsində yerləşməsindən asılıdır: “Son dövrlərdə cərrahiyyədə də bu istiqamətdə böyük irəliləyişlər əldə olunub. Cərrah-uroloq tərəfindən əməliyyat zamanı radikal və ya porsial nefroktamiyanın icrasına qərar verilir. İstifadə olunan üsullar standart laparoskopik və ya robotar cərrahiyyədir. Xəstənin daha az zədələnməsi, sağalma müddətinin tezləşməsi, xəstənin fəal həyata, iş rejiminə ən qısa müddətdə qayıtması çox vacibdir. Müasir üsulla icra olunan əməliyyatlar xəstədə yara izinin qalmasını da minimuma endirir. Erkən diaqnoz qoyularsa, cərrahi müdaxilə zamanı orqanın qorunması mümkün olar. Gecikmiş formada isə digər orqanlara təhlükə törətdiyindən şiş aşkarlanan böyrək xaric edilir. Xəstənin əməliyyatdan sonra da həkim-nefroloqun nəzarəti altında olması vacibdir. Törəmə nə qədər erkən aşkarlanarsa, cərrahi üsul da uğurla nəticələnər və digər orqanlar da zərər görməz.

Xəstəliyin erkən dövrdə aşkarlanması yaşam müddətinə də öz təsirini göstərir. Ümumiyyətlə, böyrək şişlərinin cavanlaşdığını demək olar. Çünki əgər bu xəstəliyə əvvəllər 50-60 yaşlarda rast gəlinirdisə, hazırda 40-50 yaşlarda aşkarlanması mümkündür. Xəstəliyin müalicəsində proqnozlar müsbətdir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri