Böyük Britaniya Əsma Əsədə ömürlük qadağa qoydu Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Böyük Britaniya Suriyalı siyasətçi Bəşər Əsədin həyat yoldaşının ölkəyə qayıtmaq istədiyi təqdirdə onu qəbul etməyə hazır deyil.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu krallığın Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunub ki, 49 yaşlı Əsma Əsəd xərçəng müalicəsi səbəbilə İngiltərəyə qayıtmaq istəyir. Lakin ingilis siyasi xadimlər onun vətəndaşlığının ləğvi ilə bağlı çağırışlar etməyə başlayıb.
Əsma Əsəd suriyalı iş adamlarının qızıdır. 1975-ci ildə Londonda anadan olub, Merilebondakı nüfuzlu Queen"s College məktəbini bitirib, beynəlxalq bankçılıq sahəsində uğurlu karyera qurub, Bəşər Əsədlə evlənib və ona üç uşaq dünyaya gətirib.
2024-cü ilin dekabrında o, Rusiyaya uçub və Moskvada öz mənzilində qalıb. Sonra, ilkin məlumatlara görə, o, boşanmaq üçün məhkəməyə müraciət edib və Londona qayıtmaq istədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















