Böyük Britaniya Microsoft da araşdırma başlatdı
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) "Microsoft" şirkətinin biznes proqram təminatı bazarındakı dominant mövqeyini araşdırmaq üçün “Strateji Bazar Statusu” (SMS) çərçivəsində yeni araşdırmaya başlayıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyada rəqəmsal bazarların tənzimlənməsi məqsədilə 2025-ci ildə tətbiq olunan SMS mexanizmi dördüncü dəfə işə salınıb və bu dəfə diqqət dünyanın ən böyük texnologiya şirkətlərindən birinə yönəlib.
CMA bildirib ki, araşdırmanın əsas məqsədi "Microsoft" şirkətinin biznes proqram təminatı sahəsindəki fəaliyyətinin rəqabət qanunvericiliyinə uyğun olub-olmadığını müəyyənləşdirməkdir.
Tənzimləyici qurumun diqqət mərkəzində şirkətin məhsullarını vahid paket şəklində təqdim etməsinin rəqiblər üçün bazara çıxışı çətinləşdirə biləcəyi ehtimalı dayanır. Araşdırma çərçivəsində "Windows", "Word", "Excel", "PowerPoint", "Teams", "Copilo"t və "Azure" kimi əsas məhsul və xidmətlər nəzərdən keçiriləcək.
“Strateji Bazar Statusu” anlayışı şirkətin müəyyən rəqəmsal sahədə uzunmüddətli və güclü bazar mövqeyinə malik olması deməkdir. Bu status CMA-ya şirkətin biznes təcrübələrinə daha geniş müdaxilə imkanları verir.
Qeyd olunub ki, SMS çərçivəsində yalnız proqram təminatı deyil, həmçinin "Microsoft Azure" bulud xidmətləri də araşdırma predmetinə çevrilə bilər.
CMA hesab edir ki, yeni qaydalar xüsusilə kiçik və orta ölçülü yerli proqram təminatı şirkətlərinin bazarda daha rahat fəaliyyət göstərməsinə şərait yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















