Böyük Britaniya NATO üçün “dron divarı” yaradacaq
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya NATO-nun şərq sərhədlərini Rusiyanın hücumundan qorumaq məqsədilə “dron divarı” qurmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili "The Telegraph"a açıqlamasında bildirib.
Məlumata görə, bu strategiyanın bir hissəsi olaraq Ukrayna ilə birgə “OKTOPUS layihəsi” çərçivəsində ucuz pilotsuz təyyarələr istehsal ediləcək. Yeni PUA-lar Rusiya təyyarələri və pilotsuz aparatlarının NATO-nun şərq cinahına müdaxiləsinin qarşısını almaq üçün istifadə olunacaq.
Hili əlavə edib ki, bu dronlar Britaniya və Ukraynadakı istehsal texnologiyaları ilə kütləvi şəkildə hazırlanacaq və lazım olduqda NATO ölkələrində də yerləşdirilə biləcək. Onun sözlərinə görə, sistem artıq İran "Şahed"lərinə qarşı effektivliyini sübut edib və digər variantlarla müqayisədə xeyli ucuzdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 28 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















