Böyük Britaniya və Almaniya Rusiyanı peyklərinə təhdid yaratmaqda ittiham edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya və Böyük Britaniya Rusiyanın və Çinin kosmosdakı peyklərindən gələn artan təhlükə barədə xəbərdarlıq ediblər. Hər iki ölkə Rusiyanın kosmosda peyklərini izləməsi, siqnallarını pozması və onlara müdaxilə etməsi hallarının artdığını vurğulayıb.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, bu yaxınlarda iki rus kəşfiyyat peyki Almaniya Silahlı Qüvvələri və onların müttəfiqləri tərəfindən istifadə olunan iki IntelSat peykini izləyərkən aşkar edilib.
Bu barədə açıqlama verən Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın kosmosda fəaliyyətinin onlar üçün əsas təhlükə mənbəyinə çevrildiyini deyib.
“Rusiya və Çin son illərdə kosmik müharibə qabiliyyətlərini sürətlə genişləndiriblər: onlar peykləri siqnal pozma, korlama, manipulyasiya və ya fiziki şəkildə məhv etmə imkanına malikdirlər”, – Pistorius əlavə edib. O, Almaniyanın kosmik proqramlarına milyardlarla avro əlavə maliyyə ayrılacağını açıqlayıb.
Böyük Britaniya Kosmik Komandanlığının rəhbəri Pol Tedman də xəbərdarlıq edərək bildirib ki, Rusiya peykləri Britaniya peyklərini izləyir və demək olar ki, “həftəlik” olaraq siqnallarını pozur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















