Icma.az
close
up
RU
Böyük Britaniyada tibb bacıları güclü istidə iş zamanı huşlarını itirirlər

Böyük Britaniyada tibb bacıları güclü istidə iş zamanı huşlarını itirirlər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada davam edən anomal isti tibb işçilərinin fəaliyyətini ciddi şəkildə çətinləşdirib. Tibb bacılarının bəzilərinin növbə zamanı huşunu itirdiyi, digərlərinin isə başgicəllənmə və ürəkbulanma yaşadığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Kral Tibb Bacıları Kolleci (RCN) xəstəxana və qayğı evlərində vəziyyətin “qeyri-insani və dözülməz” həddə çatdığını açıqlayıb. Təşkilat xəstəxanalarda kondisionerlərin quraşdırılmasını, havalandırmanın yaxşılaşdırılmasını və isti havaya uyğun iş geyimlərinin təmin edilməsini tələb edib.

Cənub-qərbi İngiltərədəki Milli Səhiyyə Xidməti (MSX) xəstəxanasında çalışan 37 yaşlı tibb bacısı palatada temperaturun 30 dərəcədən yuxarı qalxdığını və kondisionerin olmadığını deyib. Digər tibb işçisi isə qoruyucu geyimdə xəstələrə xidmət göstərərkən başdan-ayağa tərlədiğini bildirib.

Bu arada İngiltərənin böyük hissəsində cümə axşamından etibarən isti hava ilə bağlı narıncı xəbərdarlığın qüvvəyə minməsi gözlənilir. Temperaturun 36 dərəcəyə və daha yuxarı qalxacağı proqnozlaşdırılır.

Ölkədə 30 dərəcədən yuxarı temperatur qeydə alınan günlərin sayı artıq rekord həddə – 35 günə çatıb. İngiltərənin təxminən dörddə üçü isə rəsmi olaraq quraqlıq vəziyyətindədir.

Səhiyyə və sosial xidmətlər naziri Yvette Kuper bildirib ki, MSX artıq yay aylarında yaranan istilik təzyiqinə qışdakı mövsümi yüklənmə kimi hazırlaşmalıdır. Onun sözlərinə görə, xəstəxana binaları da yeni ekstremal hava şəraitinə uyğunlaşdırılmalıdır.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Avqust 2026 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri