Bir şəhərin Azadlıq, bir xalqın qürur tarixi
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarix bəzən öz sözünü səs-küylü top atəşləri ilə deyil, sarsılmaz siyasi iradənin və birmənalı qələbənin yaratdığı sükutla deyir. Ağdamın azadlıq hekayəsi dünya hərb və diplomatiya salnaməsində məhz bu özünəməxsusluğu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilən 20 Noyabr — Ağdam Şəhəri Günü təkcə bir ərazinin işğaldan qurtuluşu deyil, həm də Azərbaycan dövlətçiliyinin strateji zəkasının təntənəsidir.
Coğrafi mövqeyinə görə düzənlik və dağlıq Qarabağı birləşdirən Ağdam əsrlər boyu regionun əsas ticarət, sənaye və mədəniyyət mərkəzi olub.Pənahəli xanın yadigarı olan İmarət kompleksi, memarlıq incisi sayılan Cümə məscidi, Şərqdə ilk və dünyada ikinci Çörək Muzeyi bu şəhərin zəngin irsindən xəbər verirdi. Muğam məktəbinin yetirdiyi korifey sənətkarlar və şöhrəti sərhədləri aşan Qarabağ atları Ağdamı Azərbaycan mədəniyyətinin ayrılmaz zirvəsinə çevirmişdi.
1993-cü il iyulun 23-də baş verən işğal isə təkcə bir şəhəri deyil, bütöv bir regionun həyat nəbzini dayandırdı.Otuz ilə yaxın davam edən işğal illərində Ağdam planlı şəkildə yer üzündən silinməyə çalışıldı; daşları belə sökülüb aparılan bu şəhər xarici mənbələrdə “Qafqazın Xirosiması” kimi yadda qaldı.
2020-ci ilin Vətən müharibəsi bu tarixi ədalətsizliyin sonunu gətirdi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmənin müdafiə xətlərini yarması,Şuşanı azad etməsi Ermənistanı çıxılmaz vəziyyətə saldı.
Məhz bu hərbi üstünlük Prezident İlham Əliyevə masa arxasında diktə etmək imkanı qazandırdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə belə atılmadan, əsgər itkisi verilmədən Azərbaycana qaytarıldı. Bu hadisə gücün və ağlın vəhdətindən doğan nadir diplomatik qələbə kimi tarixə düşdü.
İşğaldan azad edildikdən cəmi üç gün sonra — 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dağıdılmış Ağdama səfər edərək şəhərin gələcək dirçəlişinin təməlini qoydular.Dövlət başçımızın təsdiqlədiyi müasir Baş plana əsasən Ağdam sıfırdan, lakin öz tarixi ruhunu qorumaqla yenidən qurulur."Ağıllı şəhər" konsepsiyasına uyğun yeni yaşayış məhəllələri, geniş meşə-park zolaqları və müasir sənaye parkı yaradılır.Bərdə–Ağdam avtomobil və dəmir yolları ilə şəhər yenidən Qarabağın əsas nəqliyyat arteriyasına çevrilir.Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri ilə Cümə məscidi, İmarət kompleksi və digər abidələr bərpa olunur, Ağdam Muğam Mərkəzi öz qapılarını yenidən sənətsevərlərin üzünə açır.
20 Noyabr — Ağdam Şəhəri Günü dağıntılar üzərində ucalan müasir Azərbaycanın gücünü, xalqımızın sarsılmaz birliyini və Qarabağın əbədi azadlığını nümayiş etdirən qürur təqvimidir.
Nəsrəddinova Günay
YAP Yevlax rayon təşkilatının fəalı
Bu mövzuda digər xəbərlər:Bir xalqın azadlıq mübarizəsi ŞƏRH
19 Yanvar 2026 15:08
Üç rəngdə bir millətin qüruru, bir xalqın azadlıq salnaməsi ŞƏRH
05 Noyabr 2026 11:26
Xalqımızın azadlıq və qürur tarixi
26 May 2026 11:08
Füzulinin azadlıq və qürur tarixi
19 Oktyabr 2026 15:37
Xalqın birlik, mübarizlik, azadlıq hissi
14 Yanvar 2025 11:32
Baxış sayı:66
Bu xəbər 19 Noyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















