Böyük Britaniyada yeni hökumət formalaşır TƏYİNATLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnem hökumətin formalaşdırılması istiqamətində ilk təyinatlarını həyata keçirib.
Redaktor.az xəbər verir ki, Kral III Çarlzdan hökuməti qurmaq mandatını alan Baş nazir Endi Börnem yeni kabinet üzvlərini müəyyənləşdirmək üçün namizədləri "10 Downing Street" iqamətgahına dəvət edib.
Məlumata görə, Baş nazirlik ofisinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında yeni Nazirlər Kabinetinin tərkibi açıqlanıb. İvet Kuper səhiyyə naziri, Ancela Reyner mənzil, icmalar və yerli idarəetmə naziri, Lüsi Pauell təhsil naziri, Ues Stritinq müdafiə naziri, Aleks Norris isə ədliyyə naziri təyin olunub.
Bununla yanaşı, Stiven Kinnok Uels, Duqlas Aleksandr Şotlandiya, Kris Brayant isə Şimali İrlandiya üzrə dövlət naziri vəzifəsinə gətirilib. Hemiş Falkoner isə hökumətlərarası və Avropa əlaqələri üzrə dövlət naziri təyin edilib.
Qeyd edək ki, daha əvvəl Ed Miliband xarici işlər naziri, Şabana Mahmud daxili işlər naziri, Con Hili maliyyə naziri, Luiz Heyq isə Baş nazirin müavini, Lankaster Hersoqluğu üzrə nazir və Nazirlər Kabineti Ofisinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 İyul 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















