Böyük Britaniyadan Rusiyaya qarşı SƏRT ADDIM: Starmer təsdiqlədi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya Federasiyasına qarşı indiyə qədərki “ən böyük sanksiyalar paketinin” tətbiq olunacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, şəxsi X (keçmiş Twitter) hesabında açıqlama verib.
“Rusiyanın milli təhlükəsizliyimiz üçün yaratdığı təhdidi heç vaxt az hesab etmək olmaz. Putinə təzyiqi artırmaq üçün mən ən iri sanksiyalar paketini elan edirəm. İnsanlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm”, – deyə Starmer bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya hökuməti Rusiyanın “kölgə donanması”nın əsas hissəsini təşkil edən 100 neft tankeri və digər strukturlara qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlamışdı.
Yeni sanksiyalar paketinə neft ixracı, logistik marşrutlar, dəniz daşımaları və maliyyə əməliyyatlarına yönəlmiş ciddi məhdudiyyətlərin daxil olduğu bildirilir. Bu addımın məqsədi Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri minimuma endirmək və Qərb təzyiqlərini daha da gücləndirməkdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 May 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















