Böyük Britaniyanın Lordlar Palatası buraxıla bilər
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sağpopulist "Reform UK" partiyasının qanunvericilik təşəbbüslərini bloklayacağı təqdirdə, ölkədə Böyük Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasının buraxılması ilə bağlı referendum keçirilə bilər.
Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə partiyanın lideri Naycel Faraj bəyan edib.
O, "Reform UK"in partiya qurultayındakı çıxışında bildirib ki, gələcək ümumi seçkilərdə qalib gəldiyi təqdirdə milli fövqəladə vəziyyət rejimi elan etməyə və hakimiyyətin ilk 100 günündə partiya proqramının qanunvericilik səviyyəsində təsdiq edilməsi naminə parlamentin aşağı palatası olan İcmalar Palatasında istirahət günlərini ləğv etməyə hazırdır.
"Lazım gələrsə, parlament bütün zəruri qanun layihələrini qəbul edənədək həftədə altı gün gecə-gündüz işləyəcək. Əks halda, biz bir tədbirə əl atacağıq. Bu, yeni bir şey deyil və əvvəllər də tətbiq olunub. Lordlar Palatasında özümüzə çoxluq təmin etmək üçün yüzlərlə yeni per təyin edəcəyik. Əgər bu da çətin olarsa, Lordlar Palatasının indiki tərkibinin taleyi ilə bağlı referendum təşkil edəcəyik və onlar Britaniya xalqının iradəsi ilə kənarlaşdırılacaqlar", - Faraj bildirib.
Bundan əlavə, o, dövlət qulluğunun "Reform UK"in siyasi proqramını yerinə yetirməkdən imtina etdiyi təqdirdə onun islahatını keçirməyə hazır olduğunu açıqlayıb. Farajın sözlərinə görə, belə vəziyyətdə hər bir nazirlikdə dövlət qulluqçularının bölmə rəhbərləri iş dünyasının nümayəndələri ilə əvəz ediləcək.
N.Faraj xatırladıb ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhem siyasi islahatların həyata keçirilməsi üçün 10 il tələb edib, lakin "Reform UK" komandası hakimiyyətin ilk 100 günü ərzində fəaliyyətinin nəzərəçarpan nəticələrini təqdim etməyə hazır olacaq. O, işinin öhdəsindən gələ bilməyən nazirləri dərhal işdən çıxaracağına söz verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Sentyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















