Icma.az
close
up
RU
Böyük Çillə gecəsi niyə müqəddəs sayılır? Unudulan inanclar

Böyük Çillə gecəsi niyə müqəddəs sayılır? Unudulan inanclar

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan xalqının qədim zamanlardan formalaşmış xalq təqviminə görə, qış fəsli üç əsas mərhələyə bölünür: Böyük Çillə, Kiçik Çillə və Boz Ay. Bu bölgü xalqın təbiəti müşahidə etmə bacarığının, illərin sınağından keçmiş həyat fəlsəfəsinin, inanclarının və mərasim mədəniyyətinin bariz nümunəsidir. Qışın bu üç mərhələsi Azərbaycanın həm təbii-coğrafi xüsusiyyətlərinə, həm də xalqın məişətinə, dünyagörüşünə, adət-ənənələrinə dərin təsir göstərib, minilliklər boyu formalaşan zəngin mədəni irsin ayrılmaz hissəsinə çevrilib.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, xalq təqviminə əsasən, Böyük Çillə 40 gün davam edir və dekabrın 21-dən yanvarın 30-dək olan dövrü əhatə edir. Ardınca gələn Kiçik Çillə 20 gün sürür və yanvarın 31-dən fevralın 19-dək davam edir. Qışın son mərhələsi olan Boz Ay isə fevralın 20-dən martın 20-dək olan 30 günlük dövrü əhatə edir və yazın, Novruzun gəlişinə aparan keçid mərhələsi kimi qəbul olunur. Bu üç dövr birlikdə qışın tam bir mənzərəsini yaradır.

Böyük Çillə: ilin ən uzun gecəsi və xalq bayramı

Böyük Çillə qışın ən ağır, eyni zamanda ən müqəddəs mərhələsi hesab olunur. Bu dövrün ən mühüm və simvolik günü Böyük Çillənin başladığı gecədir. Həmin gecə ilin ən uzun gecəsi kimi xalq arasında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu gecəni birlik, bərəkət və ümid gecəsi kimi qeyd edir. Çillə gecəsi ailələrin, qohumların və dostların bir araya gəldiyi, ilin ötən günlərinin xatırlandığı, gələcək üçün niyyətlərin tutulduğu xüsusi bir zamandır.
Bu gecənin əsas atributlarından biri zəngin və rəmzi məna daşıyan süfrələrdir. Süfrələrə əsasən payızdan saxlanılan təbii nemətlər düzülür. Quru və yaş meyvələr, xüsusilə nar, alma, armud, heyva, qoz-fındıq bolluq və ruzi rəmzi kimi süfrədə yer alır. Şirniyyatlardan paxlava, qoğal, nəzik, qatlama, fəsəli həm bayram əhval-ruhiyyəsini artırır, həm də gələcək ilin şirin və bərəkətli olması arzusu ilə bişirilir.

Süfrənin ən xüsusi və əvəzolunmaz neməti isə çillə qarpızıdır. Çillə qarpızı Böyük Çillə süfrəsinin tacı hesab olunur. Qarpızın qışın ortasında süfrəyə gətirilməsi xalqın bolluğa, ruziyə və çətinliklərə baxmayaraq nikbinliyinə işarədir. Onun kəsilməsi ailə üzvləri arasında sevinclə, dualarla müşayiət olunur. Qarpızın al-qırmızı rəngi, şirin dadı və təravəti həmin gecəyə xüsusi bir ruh qatır. Bu ənənə xüsusilə Güney Azərbaycanda bu günə qədər böyük sevgi və diqqətlə qorunub saxlanılır.

“Çilləlik” paylaşma və bərəkət rəmzi

Böyük Çillə ilə bağlı ən mühüm adətlərdən biri də çilləlik ənənəsidir. Bu adət əsasən nişanlı qızlara və yeni ailə qurmuş gəlinlərə aid edilir. Çilləliklər hava qaralmadan hazırlanır və xüsusi qayda ilə yeddi qaba yerləşdirilir. Bu qablar “çillə qabı” adlanır və hər biri rəmzi məna daşıyan nemətlərlə doldurulur.

Çillə qablarına adətən qarpız, qovun, nar, alma kimi meyvələr qoyulur ki, bunlar bolluq, ruzi və ailə xoşbəxtliyinin rəmzidir. Un və düyü ailənin ruzisinin bol olması, evdən bərəkətin əskik olmaması arzusu ilə təqdim edilir. Qızıl zinət əşyaları və parçalar isə yeni gəlinin sevindirilməsi, ailə həyatının firavan keçməsi niyyəti daşıyır. Çilləlik gətirilən zaman ev sahibləri hədiyyələri hörmət və ehtiramla qarşılayır, üzərik yandıraraq ev-eşiyə xeyir-dua diləyirlər. Bu nemətlərdən ertəsi gün qonşulara pay göndərilməsi isə paylaşma, birlik və qonşuluq münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çillə gecəsinin mərasim və əyləncələri
Böyük Çillə gecəsi yalnız süfrə və hədiyyələrlə məhdudlaşmır. Bu gecə xalq yaradıcılığı, oyunlar və mərasimlərlə zəngin olur. Kənd yerlərində Kos-Kosa, qapı dinləmə kimi oyunlar oynanılır, gənclər və uşaqlar bu mərasimlərdə böyük həvəslə iştirak edirlər.
Bəxt açma mərasimi xüsusilə subay qızlar arasında geniş yayılıb və gələcək ailə həyatı ilə bağlı ümid və arzular bu mərasimdə ifadə olunur. Nənə və babaların uşaqlara nağıllar danışması, bilməcələr deməsi isə ailədaxili bağları möhkəmləndirən, xalq yaddaşını yaşadan xüsusi anlardır.

Bu gecə bişirilən düyü plovu da xüsusi inancla əlaqələndirilir. Deyilənə görə, çillə gecəsi bişirilən plov bütün çillələr boyunca ailəyə xoşbəxtlik və bərəkət gətirir. Gecə boyu mahnılar oxunur, zarafatlar edilir, insanlar qışın sərtliyinə baxmayaraq bayram əhval-ruhiyyəsi ilə gecəni yola salırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri