Avstraliyada yüz minlərlə yeniyetmənin sosial media hesabları bloklanıb
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avstraliyanın internet tənzimləyicisi bildirib ki, yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa texnologiya nəhənglərinə qarşı qlobal kampaniyada “ilk domino parçası” olacaq. “İnstagram”, “Facebook” və “Threads” şirkətləri gələn həftəyə təsadüf edəcək son tarix ərəfəsində yüz minlərlə hesabı bloklamağa başlayıblar.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın eTəhlükəsizlik üzrə komissarı Culi İnman Qrant bildirib ki, onların məlumatları bu şirkətləri qidalandıran valyutadır və hətta böyüklərin belə mübarizə aparmaqda aciz olduğu güclü, zərərli və aldadıcı dizayn xüsusiyyətləri mövcuddur. “Uşaqlarımızın nə kimi şansı var?”, - deyə komissar sual verir.
“eSafety”nin məlumatına əsasən, ölkənin 27 milyon əhalisinin bir milyondan çoxunu təşkil edən 16 yaşdan kiçik yeniyetmələrin təxminən 96%-nin sosial media hesabları var”, - deyə “Reuters” xəbər verir. Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulan qadağa dekabrın 10-dan qüvvəyə minəcəyinə baxmayaraq, “Instagram”, “Facebook” və “Threads” cümə axşamından hesabları deaktiv etməyə başlayıb. Qadağanı pozan şirkətlər 49,5 milyon Avstraliya dollarına (33 milyon ABŞ dolları) qədər cərimə ödəməli olacaqlar.
Digər platformaların əksəriyyəti yetkinlik yaşına çatmayan istifadəçilərlə əlaqə saxlamağa başlayıb, onlara şəkillərini və əlaqə məlumatlarını yükləməyi məsləhət görüb, hesablarını silmək və ya 16 yaşına çatana qədər dondurmaq seçimini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 04 Dekabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















