Icma.az
close
up
RU
“Böyük Dəbilqə”də ilk medal təmin olundu

“Böyük Dəbilqə”də ilk medal təmin olundu

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci yarış günü Azərbaycan millisi üçün uğurlu davam edir.

Futbolpress.az xəbər verir ki, təmsilçilərimizdən Rəşid Məmmədəliyev və Vüsal Qələndərzadə medal görüşlərinə vəsiqə qazanıblar.

73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev ardıcıl 5 qələbə ilə finala yüksəlib. Cüdoçumuz sırası ilə Orlando Kazor (Fransa), Oskar Pertelson (Estoniya), Renat Kroitoru (Moldova) və Ohad Moritsi (İsrail) üstələyib. Yarımfinalda Yaponiya təmsilçisi Şusuke Uçimuranı da məğlub edən Məmmədəliyev milli komandamıza ən azı gümüş medalı təmin edib. O, həlledici qarşılaşmada İsveç idmançısı Narek Vardanyanla üz-üzə gələcək.

81 kq-da çıxış edən Vüsal Qələndərzadə də yarışa inamlı başlayıb. Odisseas Georgakis (Kipr), Abdul-Kərim Tasuy (Rusiya), Hristo Valkov (Bolqarıstan) və Vasilije Qruyiçiçi (Serbiya) məğlub edən təmsilçimiz qrupun qalibi olub. Yarımfinalda yaponiyalı Yoşito Hocoiyə uduzan Vüsal bürünc medal uğrunda sloveniyalı Nace Herkoviçlə qarşılaşacaq.

Digər təmsilçilərimiz Kamran Süleymanov (73 kq) ilk görüşdə Natan Kadinyana (Fransa), Südaba Ağayeva (70 kq) isə Tais Pinaya (Portuqaliya) uduzaraq mübarizəni vaxtından əvvəl dayandırıblar. Olimpiya çempionumuz Hidayət Heydərov (81 kq) isa zədə səbəbindən tatamiyə çıxmayıb.

İkinci yarış gününün final bloku Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Turnirə sentyabrın 13-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri