Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Bizim.Media xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.
-66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib.
Həlledici görüşdə Qazaxıstan idmançısı Nurkanat Serikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb.
Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü “Böyük Dəbilqə” medalı olub.
Qeyd edək ki, sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:Böyük Dəbilqə : cüdoçumuz gümüş medal qazanıb
28 Fevral 2025 16:55
Cüdoçumuz Böyük Dəbilqə də bürünc medal qazanıb
14 Fevral 2025 17:53
Cüdoçumuz Böyük Dəbilqə də qızıl medal qazanıb
12 Sentyabr 2026 21:58
“Böyük Dəbilqə”də 33 cüdoçumuz yarışacaq
13 Fevral 2025 10:56
“Böyük Dəbilqə”: Cüdoçumuz qızıl medal qazandı FOTO
15 Fevral 2025 19:49
Baxış sayı:159
Bu xəbər 20 Mart 2026 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















