Böyük illüziya nın kiçik oyunları... “Qara Cümə gəldi!”, “Endirimlər başladı!”, “Tələs, fürsəti qaçırma!”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Qara Cümə ərəfəsində mağazaların bir hissəsi qiymətləri əvvəlcədən səssizcə qaldırır, sonra üzərinə iri hərflərlə “50% endirim” etiketi yapışdırır. Üç dəfə artırıb bir dəfə endirirlər, alıcı isə bunu böyük fürsət kimi qəbul edir. Əslində bu, insan psixologiyasının çoxdan tapılmış zəif nöqtəsidir. “Endirim” sözü insan beynində həyəcan siqnalı yaradır. Biz də tərəddüdsüz təslim oluruq.
Qara Cümə həm də çox maraqlı bir sosial hadisəyə çevrilib. Normal günlərdə aldığı hər şeydən razı qalmayan adam bu gündə 1 manat ucuzlanmış məhsulu belə “əl-əl” axtaran xəzinə kimi görür. Evində on dördüncü şarj kabeli olan şəxs yenə də “bu fürsəti qaçırmaq olmaz” deyib beşinci kabeli də səbətə atır. Bəzən elə olur ki, bir məhsula ehtiyac olmadığı halda, sadəcə “ucuzdur deyə” alıb gəlirik. Evə çatanda özümüzə sual veririk ki, “mən bunu niyə aldım?”. Cavab hazırdır “Qara Cümə illüziyası”.
Əslində həmin günün ən maraqlı tərəfi onlayn səbətlərdə toplaşan, amma ödəniş edilməyən məhsulların saysız-hesabsız qalaqlanmasıdır. İnsanlar səbətə yüz manatlıq məhsul doldurub, sonra öz-özləri ilə uzun debat aparırlar: “Alım, almayım? Bəlkə onsuz da lazımsızdır? Amma endirim var, birdəfəlik fürsətdir…”
Qara Cümənin satıcılara verdiyi üstünlük isə başqa məsələdir. Bu gün həm satış, həm reklam, həm də brendin tanıdılması üçün ən əlverişli günlərdən biridir. Kiçik bir endirim belə böyük satışa çevrilir. İnsanlar həm özü alır, həm dostuna göndərir, həm də sosial şəbəkələrdə “bax bunu endirimdən aldım” deyə öyünür. Alış-veriş artdıqca da hər il Qara Cümə daha erkən başlayır, daha uzun çəkir, hətta bəzən bir həftəlik “Qara Həftə”yə çevrilir.
Amma bütün bu xaosun içində bir reallıq var. Əsl qənaət heç vaxt “bir gün”lə gəlmir. Qara Cümə üçün həddindən artıq şişirdilmiş gözləntilər isə çox vaxt reallıqla üst-üstə düşmür. Çünki problem endirimdə deyil, bizə elə gələn endirimdədir.
Ona görə də Qara Cümə hər il gəlsə də, bizə hər il eyni dərsi verir: “Ən böyük endirim, almaq istəmədiyin şeyi almamağındır.”
Amma bilirik ki, növbəti Qara Cümədə yenə də səbətləri doldurub, sonra özümüzlə mübahisə etməyə davam edəcəyik.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















