Karles Puyol Andorra klubunda vəzifəyə təyin olunub
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Andorranın “İnter d’Eskaldes” futbol klubu Karles Puyolun idman strukturuna qoşulduğunu açıqlayıb. “Barselona”nın sabiq kapitanı və İspaniya millisinin 2010-cu il dünya çempionu beynəlxalq əlaqələr və futbol direktoru vəzifəsini icra edəcək.
İdman.Biz xəbər verir ki, klubun məlumatına görə, 48 yaşlı mütəxəssis yeni vəzifəsində fəaliyyətə cümə günündən başlayacaq. Onun əsas məqsədi komandanın Andorradan kənarda tanınmasına və inkişafına töhfə verməkdir.
Puyolun kluba gəlişi “İnter d’Eskaldes”in inkişafında yeni mərhələ hesab olunur. Komanda cari mövsümdə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edən ilk Andorra klubu kimi tarixə düşüb. Rəhbərlik sabiq müdafiəçinin təcrübəsindən və beynəlxalq nüfuzundan yararlanaraq klubun həm meydanda, həm də meydandan kənarda inkişafını davam etdirməyi hədəfləyir.
Qeyd edək ki, Puyol uzun müddətdir Andorrada yaşayır və ölkə ilə sıx bağlılığı var. O, “İnter d’Eskaldes”in baş məşqçisi Felip Ortizlə də yaxın dostdur. Onlar mütəmadi olaraq birlikdə padel oynayırlar.
Yeni vəzifəsi ilə bağlı ilk açıqlamasında Puyol klubun son illərdəki nailiyyətlərini yüksək qiymətləndirib və inkişaf üçün ambisiyaların qorunmasının vacibliyini vurğulayıb:
“Klubu indiyədək əldə etdiyi bütün uğurlar münasibətilə təbrik etmək istəyirəm. Qazanmaq həmişə çətindir, lakin ən yüksək səviyyədə qalmaq daha da çətindir. Qarşıda duran vəzifə eyni ambisiya və motivasiya ilə çalışmağa, inkişaf etməyə və yeni hədəflərə çatmağa davam etməkdir”.
Beləliklə, İspaniya futbolunun tanınmış simalarından biri “İnter d’Eskaldes”in layihəsinə qoşulub. Klub Avropa turnirindəki tarixi iştirakından sonra inkişafını davam etdirməyi qarşıya məqsəd qoyub.
Baxış sayı:79
Bu xəbər 19 Noyabr 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















