Icma.az
close
up
RU
Qarakənd səmasında erməni terrorunun qanlı izi

Qarakənd səmasında erməni terrorunun qanlı izi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

35 il əvvəl törədilən faciə erməni faşizminin mülki əhaliyə münasibətini bütün çılpaqlığı ilə üzə çıxardı

Bu gün erməni faşizminin xalqımızın başına gətirdiyi böyük bəlanın – Qarakənd faciəsinin ildönümüdür. Həmin qanlı hadisədən 35 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında dövlət xadimlərini, hökumət nümayəndələrini, jurnalistləri və hərbi qulluqçuları daşıyan “Mi-8” hərbi helikopterinin erməni silahlı qüvvələri tərəfindən vurulması nəticəsində 22 nəfər həlak oldu. Bu faciə Azərbaycanın dövlətçilik tarixinə ən ağır itkilərdən biri kimi yazıldı. Eyni zamanda, Qarakənd səmasında törədilən terror erməni faşizminin öz məqsədlərinə çatmaq üçün hansı vasitələrə əl ata biləcəyini göstərən qanlı olaydır.

Həmin vaxt Azərbaycanın Qarabağ bölgəsində vəziyyət getdikcə gərginləşir, erməni silahlı dəstələrinin azərbaycanlı yaşayış məntəqələrinə hücumları genişlənirdi. Mərkəzi hakimiyyətin zəiflədiyi, ölkənin ağır siyasi və hərbi sınaqlarla üzləşdiyi bir şəraitdə bölgədəki vəziyyətin araşdırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və baş verən hadisələrə yerində qiymət verilməsi xüsusi əhəmiyyət daşıyırdı. Məhz bu məqsədlə Azərbaycan hökumətinin və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələrindən ibarət heyət helikopterlə Xocavənd istiqamətinə yola düşmüşdü.

Nümayəndə heyətinin tərkibində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, digər rəsmi şəxslər, hərbi qulluqçular, eləcə də hadisələri işıqlandıran jurnalist həmkarımız – Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Alı Mustafayev və video-operatoru Fəxrəddin Şahbazov var idi. Lakin bu missiya öz məqsədinə çata bilmədi. Helikopter Qarakənd kəndi yaxınlığında xaincəsinə vuruldu. Təyyarədə olanların hamısı həlak oldu. Azərbaycan ictimaiyyəti bir anda ölkənin tanınmış dövlət xadimlərini, peşəkar mütəxəssislərini və mətbuat nümayəndələrini itirdi.

Əlbəttə, faciənin miqyası yalnız itkilərin sayı ilə ölçülmürdü. Həmin hücum Azərbaycanın dövlət idarəçiliyinə, bölgədəki vəziyyətə müdaxilə imkanlarına və hadisələrin obyektiv araşdırılmasına ağır zərbə vurdu. Üstəlik, dövlət nümayəndələrinin və jurnalistlərin olduğu helikopterin vurulması bölgədəki münaqişənin artıq hansı təhlükəli mərhələyə çatdığını nümayiş etdirdi.

Terrorun hədəfi – mülki əhali

Qarakənd faciəsinə bu gün yalnız tarixi hadisə kimi yanaşmaq düzgün olmazdı. Çünki həmin qanlı hadisə sonrakı illərdə Azərbaycan xalqının üzləşdiyi faciələrin ümumi mənzərəsindən ayrı deyil. Əksinə, Qarakənddə baş verənlər erməni faşizminin terrorçu mahiyyətini, onun qarşısına çıxan maneələri aradan qaldırmaq üçün zorakılığa əl atmaqdan çəkinmədiyini göstərən nümunələrdəndir. Erməni faşizminin “mühüm” qolu olan erməni terrorunun əsas xüsusiyyətlərindən biri mülki əhalinin, yaşayış məntəqələrinin və mülki infrastrukturun hədəfə alınması idi. Bu, təsadüfi hərbi toqquşmaların nəticəsi deyil, azərbaycanlıları qorxu altında saxlamağa, doğma yurdlarından didərgin salmağa və işğal siyasətinin qarşısında müqaviməti qırmağa xidmət edən zorakılıq xəttinin tərkib hissəsi idi. 

Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslərlə hərbi qulluqçular arasında fərq qoyulması, mülki əhalinin və mülki obyektlərin hərbi hücumlardan qorunmasıdır. Müharibə şəraitində belə, tərəflərin mülki insanları hədəfə almağa ixtiyarı yoxdur. Bu baxımdan, mülki təyinatlı uçuşların, dövlət nümayəndələrinin və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Qarakənd faciəsi isə bu prinsiplərə açıq etinasızlığın qanlı nəticələrindən biri oldu.

Yeri gəlmişkən, Qarakənd faciəsindən əvvəl və sonra baş verən digər hadisələr göstərdi ki, erməni faşizmi üçün zorakılığın nə coğrafi, nə də mənəvi sərhədi var. Azərbaycan əhalisinin məskunlaşdığı kəndlərə hücumlar, dinc insanların qətlə yetirilməsi, yaşayış evlərinin yandırılması, girov götürülmə və kütləvi qırğınlar bu siyasətin ayrı-ayrı epizodları deyil, bütöv bir xəttin tərkib hissəsi idi.

1990-cı ilin martında Bağanıs Ayrım kəndində törədilən qətliam, 1992-ci ilin fevral ayında Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən soyqırımı, yenə eyni ilin fevralında Qaradağlıda baş verən qətliam, aprelində Ağdaban kəndinin dağıdılması, 1993-cü ildə Başlıbel faciəsi bu qanlı salnamənin ayrı-ayrı səhifələridir. Bu qətliamların hər biri Azərbaycan xalqının yaddaşında sağalmaz iz buraxdı. Ancaq erməni terrorunun mahiyyətini anlamaq üçün həmin hadisələri bir-birindən təcrid olunmuş şəkildə deyil, bütöv mənzərənin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır. Qarakənddə dövlət nümayəndələrinin olduğu helikopterin vurulması ilə Xocalıda dinc əhalinin qətlə yetirilməsi, Qaradağlıda və digər yaşayış məntəqələrində törədilən cinayətlər arasında məqsəd baxımından ciddi bağlılıq görünür: Azərbaycan vətəndaşını hədəfə almaq, onu qorxutmaq, torpağından qoparmaq və işğalın nəticələrini möhkəmləndirmək.

Gəncə, Bərdə və Tərtər də hədəfə çevrildi

Erməni faşizminin mülki əhaliyə qarşı təhlükəsinin 2020-ci ildə də davam etməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlara cavab olaraq Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən şəhərlərimizi və yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Gəncə, Bərdə və Tərtərə endirilən zərbələr nəticəsində çoxsaylı dinc sakinlər həlak oldu və yaralandı, mülki infrastruktur dağıdıldı.

Maraqlıdır ki, 1991-ci ildə Qarakənd səmasında dövlət nümayəndələrini daşıyan helikopterin vurulması ilə 2020-ci ildə Azərbaycanın şəhərlərinə raket hücumları arasında 29 il vaxt fərqi olsa da, hər 2 hadisənin mahiyyətində eyni yanaşma dayanırdı: qarşı tərəfin mülki əhalisinə və dövlətinə mümkün qədər ağır zərbə vurmaq. Birinci halda bölgəyə gedən nümayəndə heyəti, ikinci halda isə öz evində yaşayan dinc sakinlər hədəfə çevrilmişdi. Hər iki hadisədə beynəlxalq humanitar hüququn əsas prinsipləri tapdanmışdı.

Bütün bunlar onu göstərir ki, erməni faşizmi təkcə Azərbaycan üçün təhlükə deyildi. Etnik separatizmdən güc alan, qonşu dövlətin ərazilərini işğal etməyə, mülki insanları qətlə yetirməyə və terror vasitəsilə siyasi məqsədlərinə çatmağa çalışan belə bir düşüncə tərzi vaxtında qarşısı alınmadıqda daha geniş coğrafiyada sabitliyə təhlükə yarada bilərdi. Bu təhlükənin miqyasını anlamaq üçün Azərbaycanın 30 ilə yaxın üzləşdiyi sınaqlara nəzər salmaq kifayətdir.

Azərbaycan dünyanı bu bəladan xilas etdi

Əslində, erməni faşizminin qarşısının alınması yalnız Azərbaycanın milli təhlükəsizlik məsələsi deyildi. Bu, beynəlxalq ictimaiyyətin də məsuliyyət daşıdığı ümumi təhlükəsizlik məsələsi olmalı idi. Çünki separatizmin ərazi iddialarına, işğala, terrora, etnik təmizləməyə və mülki əhalinin qətliamına çevrilməsi beynəlxalq nizamın əsaslarını sarsıdan prosesdir. Belə hallara vaxtında və prinsipial münasibət göstərilməməsi isə digər qüvvələri də oxşar addımlar atmağa həvəsləndirə bilər.

Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı dövründə beynəlxalq ictimaiyyət bu təhlükənin qarşısını almaq üçün yetərli iradə nümayiş etdirmədi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunsa da, onların icrası təmin edilmədi. Azərbaycan ərazilərinin işğalı davam etdi, 100 minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı. Ermənistanın işğal siyasətinə son qoyulması üçün beynəlxalq səviyyədə qəbul edilmiş qərarların həyata keçirilməməsi isə vəziyyətin daha da ağırlaşmasına şərait yaratdı.

Belə bir şəraitdə Azərbaycan öz taleyini başqalarının qərarlarından asılı vəziyyətdə saxlamadı. 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin bütün ərazilərində suverenliyimiz bərpa olundu. Bununla da uzun illər ərzində dövlətçiliyimizə, ərazi bütövlüyümüzə və regional təhlükəsizliyə qarşı yönəlmiş separatçı fəaliyyətə son qoyuldu.

Azərbaycanın erməni faşizminin kökünün kəsilməsinə nail olması təkcə milli maraqlarımızın təmin edilməsi kimi qiymətləndirilməməlidir. Ölkəmiz öz ərazisində separatizmə və terrora son qoymaqla, əslində, bu təhlükənin daha geniş miqyasda yayılmasının da qarşısını aldı. Çünki Qarakənddən Xocalıya, Qaradağlıdan Başlıbelə, Gəncədən Bərdəyə qədər uzanan qanlı hadisələr göstərirdi ki, belə bir düşüncə tərzi qarşısında heç bir mənəvi və hüquqi maneə tanımır.

35 il sonra dəyişən mənzərə

Bu gün Qarakənd faciəsinin 35-ci ildönümünü qeyd edərkən bir daha görürük ki, Azərbaycan xalqının keçdiyi yol nə qədər ağır, dövlətimizin əldə etdiyi tarixi uğur isə nə qədər böyükdür. 1991-ci ildə dövlət nümayəndələrini daşıyan helikopterin vurulduğu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq imkanlarının ciddi sınağa çəkildiyi bir ölkədən bu gün regionun siyasi və hərbi reallıqlarını müəyyən edən güclü dövlətə çevrilmişik. Qarakənddə həlak olanların xatirəsi bu gün də xalqımızın yaddaşında yaşayır. Onların faciəli ölümü yalnız bir ailənin, bir qurumun və ya bir nəslin itkisi deyil, Azərbaycanın dövlətçilik tarixində ağır bir səhifədir. Həmin insanların bölgəyə yollanmaqda məqsədi vəziyyəti araşdırmaq, ölkənin qanuni maraqlarını qorumaq və insanların təhlükəsizliyinə töhfə vermək idi. Onlar bu missiyanı yerinə yetirərkən terrorun qurbanına çevrildilər.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, suverenliyini bərpa etməklə erməni faşizminin uzun illər davam edən təcavüzkar siyasətinə son qoydu. Bu, xalqımızın tarixi ədaləti bərpa etmək əzminin, dövlətimizin siyasi iradəsinin və Ordumuzun gücünün nəticəsidir. Qarakənd səmasında yarımçıq qalan missiyanın, şəhidlərimizin və bütün faciə qurbanlarının xatirəsi qarşısında ən böyük borcumuz isə əldə etdiyimiz Zəfəri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və belə faciələrin bir daha yaşanmamasına nail olmaqdır.

Səxavət HƏMİD

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri