Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mark Endeveld

(əvvəli qəzetin 17, 18, 19, 20, 21, 22, 24, 25, 26, 27 və 30 ­dekabr ­2024-cü il tarixli saylarında) 

“Lüdovik çox qapalı bir adam idi”, – deyə onunla hərdən Tur şəhərində qeyri-rəsmi görüşlərdə iştirak edən köhnə bir polis məmuru təəssüratlarını bizimlə bölüşdü. Ovaxtlar Tur şəhəri, xarici casuslarla mübarizə aparan fransız agentlərini çox maraqlandırırdı. DCRI (daxili kəşfiyyat) əsli Tayvandan olan, Tur şəhərinin meriyasında Fransa–Çin münasibətləri üzrə müşavir Liz Han ilə bağlı araşdırmalar aparır. Yeri gəlmişkən, bu qadın həm də Tur şəhərinin meri və şəhər universitetinin keçmiş prezidenti Jan Jermanın məşuqəsidir. Tur həm də çox vacib bir sənaye mərkəzidir – orada Fransa və İtaliyanın birgə istehsal etdiyi çip STMikroelektronik zavodu, eləcə də Hutchinson və Michelin şirkətlərinə məxsus kauçuk zavodları yerləşir... Bütün bu şirkətlər, Tur şəhər universitetinin tədqiqat laboratoriyaları ilə birgə fəaliyyət göstərirlər. Taleyin ironiyasına bax ki, elə həmin vaxt Le Canard enchaîné qəzeti “Çin nikahları” ilə bağlı məqalə dərc edir və bu məqalə ölkədə böyük skandal yaradır. İstintaq nəticəsində məlum olur ki, bu qondarma “nikahları” təşkil edən Tur meriyasında müşavir kimi çalışan, eləcə də Turun meri Jan Jermanın məşuqəsi Liz Handır. Bu qadın ədalət məhkəməsi tərəfindən mühakimə olunacaq və bu skandalda adı mətbuatda hallanan Tur şəhərinin meri Jan Jerman bütün bu biabırçılıqlara dözməyib intihar edəcək.
Bu kontekstdə, 2011-ci ilin yayında Lüdovik Şaker Jue-le-Tur şəhərini tərk edir. Görəsən, Turan bölgəsində işləyəndə bu adam fürsətdən istifadə edib özünə siyasi şəbəkə yarada bilibmi? Bu cavan oğlan ürəyində “makronçudur”, baxmayaraq ki, camaatın içində solçular partiyasına mənsub olduğunu təsdiqləyir... eyni zamanda isə kənarda özünə sağçı partiyasından çevrə yığır. (!) Bu da təəccüblü deyil, çünki Turan torpaqları əsl şəbəkə zonasıdır, ona görə ki, burada neçə illərdir frank-masonlar at oynadır. Lap əvvəllərdən bu Turan torpağı sağçılar bölgəsi sayılıb – özü də həmişə. Əsasən də 1974–1981-ci illərdə Fransanın prezidenti olmuş Valeri Jiskard d’Estanın siyasətini dəstəkləyib. Tur şəhərinin intihar edən keçmiş meri Jan Jerman, Lion şəhərinin meri Jerard Kollombun yaxın adamı idi, özü də frank-mason gizli cəmiyyətinə mənsub olduğunu heç kimdən gizlətmirdi. Hələ bu harasıdır, o, frank-mason olmağını Sosialist Partiyasının üzvü olduğundan daha yüksək tuturdu. Jan Jerman həm də əvvəllər Nikola Sarkozinin seçki kampaniyasının xəzinədarı olan Filip Briand ilə yaxın təmasda idi. Onunla həm sözləri, həm də işləri yaxşı tuturdu. Bundan başqa, Jan Jerman uzun müddət qonşu Puatu-Şarant bölgəsinin prezidenti olan Jan-Pier Raff aran ilə də yaxın idi. İkisinin də Asiyaya, xüsusən də Çin tarixinə və mədəniyyətinə böyük maraqları vardı. Tur şəhəri, eləcə də Jan-Pier Raff aranın keçmiş naziri Fransua Leotardın da məskənidir. (Fransua Leotard – fransız siyasətçisi. İyirmi ilə yaxın Var bölgəsinin deputatı və Frejus şəhərinin meri olub. 1986-1988 illərdə Mədəniyyət naziri, 1993-1995 ci illərdə isə Müdafiə naziri olub) 
Və nəhayət, 2011-2012-ci illər arasında bu bölgəyə 1993-1994-cü illərdə Fransa Sosialist partiyasının baş katibi Mişel Rokard ilə Dominik Stros-Kanın şəbəkəsinin döyünən ürəyi olan Marisol Turan rəhbərlik etmişdi. Xatırladaq ki, sonralar onların ikisi də Makronu dəstəklədilər...
Bir neçə ildən sonra tamamilə təbii olaraq Lüdovik Şaker "Hərəkətdə!" hərəkatının birinci rəsmi məvacibli işçisinə çevrilir. Bu işi ona dostu, həm də Emmanuel Makronun xüsusi müşaviri olan İsmael Emelien təklif edir. Adam Plovraytın yazdığı kitabdan öyrənirik ki, Şaker 2015-ci ilin sonunda “Fransanın İraqdakı ordusundakı müvəqqəti işindən” sonra Parisə qayıdıb və gələn kimi də Makronun gələcəkdə prezident olmağını arzulayan adamlara qoşulub. (Adam Plowright, The French Exception Emmanuel Makron! The Extraordinary Rise and Risk, icon Books, septembre 2017!) O zaman hamıdan gizlin İsmael Emelien, İqtisadiyyat naziri Emmanuel Makron və onun kabinetinin direktor müavini Jüliən Denormandi ilə birlikdə "Hərəkətdə!" hərəkatının təməlini qoyur. Gizli görüşlər paytaxtın 11-ci rayonunda yerləşən, adətən Paris burjuaziyasının yığışdığı Sqare Gardett e barında təşkil olunur; ancaq həmişə yox, çünki bu məxfi qrup çox ehtiyatlı tərpənir, ona görə də istəmirlər onları burda tez-tez görsünlər. “O vaxt hamımız bir az paranoyak idik”, – deyə Lüdovik Şaker özü etiraf edir. Söhbətlərinin tam məxfiliyi təmin etmək üçün Lüdovik dostlarına tövsiyə edir ki, telefonla danışanda o vaxt hələ az tanınan Teleqram proqramından istifadə etsinlər. Sonrakı aylarda Lüdovik Şaker yenicə doğulan bu hərəkatın ("Hərəkətdə!") “baş katibi”, daha sonra isə Makronun seçki kampaniyası zamanı onun “əməliyyat direktoru” olur. Bu vəzifələr bir az “dəb-dəbəli” səslənsə də, onların real məsuliyyəti var. Şaker, əsasən, Makronun strateji görüşlərini təşkil edir. 
Aleksandr Benallanı da işə götürən bu adamdır. 2016-cı ilin dekabrında, seçki kampaniyasının təhlükəsizlik komandasını tərtib edəndə, Lüdovik Şaker Benallanı, Makronun cangüdəni götürür. O vaxt təbii ki, prezidentliyə namizəd olan Makronun təhlükəsizliyini dövlət polis təmin edir. Ona görə də özəl təhlükəsizlik şirkətindən istifadə etmək lazım gəlir. Ancaq kampaniyanın xəzinəsi hələ ki, boşdur, təhlükəsizliyi təmin edən agentlərə pul çatışmır və elə bu səbəbdən, onların birinci müraciət etdikləri təhlükəsizlik şirkəti, prezidentliyə namizədi qorumaqdan imtina edir. O vaxt yalnız bircə nəfər – GIGN-in keçmiş üzvü Kristian Qedon, demək olar ki, pulsuz-parasız prezidentliyə namizəd Makronun təhlükəsizliyini qorumağa razılıq verir. (GİGN – Milli Jandarmeriyanın Müdaxilə Qrupu) Onun bu fədakarlığının ödənişi yaxşı olacaq. Emmanuel Makron prezident seçiləndən sonra Kristian Qedon, əvvəllər GIGN-in üzvü olduğuna görə Yelisey sarayının GSPR qrupuna daxil ediləcək. (GSPR – Respublika Prezidentinin Təhlükəsizlik Qrupu) Bu kontekstdə Aleksandr Benalla nəinki özünü prezidentliyə namizədə sevdirməyi bacarır, hətta özünü namizəd üçün əvəzolunmaz bir şəxs kimi göstərir. Benalla Makronu bütün xarici səfərlərində müşayiət edir və namizədlə yaxınlıqdan istifadə edib, Vənsan Qras adlı dostunu da seçki kampaniyasında işə düzəldir. Benalla Ör departamentində ehtiyatda olan jandarm kimi bəzi missiyalar həyata keçirəndə Vənsan Qras onun rəhbəri olub. 2017-ci ilin əvvəllərində Benallanın ayağı o qədər yer alır ki, o utanıb-çəkinmədən prefekturaya müraciət edir ki, Emmanuel Makronun ölkə daxilindəki səyahətlərini müşayiət etdiyinə görə ona odlu silah gəzdirməyə icazə versinlər. Le Monde qəzeti yazır ki, Benalla odlu silahı nəinki özü üçün, eləcə də Makronun təhlükəsizlik xidmətinin beş başqa üzvü, o cümlədən dostu Vənsan Qras və Lüdovik Şaker üçün də tələb edir.

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri