Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

(əvvəli qəzetin ötən saylarında) 

2002-2007-ci illər arasında Busket dö Florian DST-nin (Daxili Kəşfiyyat İdarəsi – Fransada FBI ekvivalenti) rəhbəri olanda, özünün də xəbəri olmadan gecəni yatıb səhəri gün mətbuatın “Clearstream 2” adlandırdığı skandalın mərkəzində oyanmışdı. Bu dolaşıq məsələnin məğzi onda idi ki, kimsə mətbuata bəzi siyasi xadimlərin gizli bank hesabları olduğunu təsdiq edən bir siyahı göndərmişdi. Sonradan araşdırmalar nəticəsində aydın oldu ki, bu, tamamilə yalan imiş və siyasətçiləri haqsız yerə günahlandırırmışlar. O vaxt nazir olan Nikola Sarkozinin də adı o siyahıda vardı. Ona görə də Sarkozi hər yerdə özünü manipulyasiya qurbanı kimi göstərir və yorulmadan iddia edirdi ki, bütün ölkədə böyük qalmaqal törədən bu yalançı siyahı Dominik dö Villpənt (Şirakın hakimiyyəti dövründə Baş nazir) tərəfindən hazırlanmışdı və məqsəd 2007-ci il prezident seçkilərində onun Jak Şirakı əvəz etməsinə mane olmaqdır. “Mən onun dərisini soyub qəssab qarmağından asacağam”, – deyə Sarkozi Dominik dö Villpənti hədələyir. Gələcək prezident (Sarkozi) həm də onun nazirliyinə tabe olan Pier Busket dö Florianı da danlayır, ona Dominik dö Villpəntin əmri ilə o yalançı siyahını ciddi qəbul edib araşdırma aparmasını, eləcə də özünə bu barədə çox gec məlumat verməsini irad tutur. Loran Obadia onu da unutmayıb ki, elə həmin dövrdə Busket dö Florian nazirlər kabinetinə, həmçinin prezident aparatına xəbərdarlıq etmişdi ki, sərhədlərini gücləndirməkdən ötəri Səudiyyə Ərəbistanının Fransa ilə imzaladığı silah müqavilələri Aleksandr Djurinin təşəbbüsü ilə həyata keçir. Nəticədə, 2007-ci ildə Sarkozi prezident seçilən kimi Pier Busket dö Florianı tutduğu vəzifədən xaric edir və yerinə ona sadiq olan adamlardan birini – Bernard Sqarçinini təyin edir. Bu sonuncu, Nikola Sarkozinin prezidentliyi ərəfəsində əks kəşfiyyat idarəsini (DST) Ümumi Məlumat Agentliyini (RG) və Mərkəzi Daxili Kəşfi yyat İdarəsini (DCRI) bir-birinə birləşdirib, dövlət üçün işləyən casusların rəhbəri olacaq...

Emmanuel Makron prezident seçiləndən sonra Sarkozinin adamı Bernard Sqarçini vəzifəsindən xaric edib, onun yerinə Jak Şirakın vaxtında bu vəzifəni tutan, Sarkozinin vaxtında işdən qovulan Pier Busket dö Florianı yenidən ölkə casuslarının rəhbəri təyin edir. Deməli, Makron kəşfiyyatın köhnə veteranı Jak Şirakın müttəfiqi olan adama daha çox etibar edir. Fransua Mitteranın vaxtında Busket dö Florian ədliyyə naziri Alba Şalandonun kabinet direktoru idi. Onu qabağa çəkən Şirak oldu. Fransua Holland Nikola Sarkoziyə qarşı mübarizəsində Şirakın adamlarını sığallayıb-tumarlayıb, onları da hücuma qoşdu. O ki qaldı Makrona, onda heç bir kompleks yoxdur – o, sağçılar partiyasının bütün üzvlərindən istifadə edir. Çox bic, hər şeyi ustalıqla əvvəlcədən ölçüb- biçən Makron bir-birinə düşmən olan klanlardan istifadə etməyi sevir, eləcə də otuz ildən bəri bir-birini didib parçalayan müxtəlif sağçılar arasında utanıb çəkinmədən, komplekssiz-filansız istədiyi seçimi edir. Onun bu qabiliyyəti, tezliklə bəzi məsələlərdə problem yaradacaq...

Bəs Loran Obadia özü həqiqətən kimdir? Bu, şəbəkə adamıdır; uzun illər antiterrorizm üzrə prokuror Alan Marso ilə bir yerdə işləyib. Marso və Obadia Aleksandr Djuri ilə də yoldaşlıq edirdilər... ancaq sonra Nikola Sarkozi ilə Dominik dö Villpəntin dostu (Djuri) haqqında gündəlik qəzetlərin birinci səhifələrində iri başlıqlı məqalələr peyda olanda, tez onunla aranı kəsdilər. Amma Obadia güclü adamdır, onun nüfuzu sağçılar partiyasından çox-çox kənara çıxır. “Veolia” şirkətinin böyük patronu Antuan Frerotun şəxsi məsləhətçisi olmaqla bərabər, o həmçinin “Havas” agentliyinin məsul işçilərindən biri olan Stefan Fuksa ilə yaxındır. O, Makronun xüsusi müşaviri İsmael Emelieni də yaxşı tanıyır, çünki Emelien də əvvəllər Havas üçün, xüsusən də Veolia üçün işləyib. Hər ikisinin başqa bir ortaq nöqtəsi də var: Moris adasının keçmiş Baş nazirinə verdikləri tövsiyələrə qulaq asılmadı. Müxtəlif sahələrdə bir neçə dəfə nağd pulla ödəniş qəbul etdiyindən, Navin Ramqoolam 2014-cü ildə seçkiləri uduzdu.

Loran Obadianın Makronun ən yaxın məsləhətçilərindən biri olan İsmael Emelien ilə yaxınlığı bizə bir sirri açmağa imkan verir. Hər yerə əli girən, hər şeydən əvvəlcədən xəbəri olan Obadia qətiyyən gözləmirdi ki, onun tarixi düşmənlərindən biri olan Busket dö Florian yenicə seçilmiş prezident tərəfindən dövlət aparatının ən yüksək vəzifəsinə təyin oluna bilər. Doğrudanmı bu adam seçki kampaniyası zamanı inanmışdı ki, Makron da onun mənsub olduğu “düşərgəyə” birləşəcək? Ancaq bu anlaşılası bir refleksdir, hələ təzə yaranmağa başlayan makroniyanın Sarkozi ilə, eləcə də Dominik Stros-Kanla əlaqələri çoxsaylıdır. Hollanda qarşı mübarizədə Makron əvvəllər Sarkoziyə, hətta Balladürə (Mitteranın prezidentliyi dövründə 1993-1995-ci illərdə Baş nazir) işləyən adamlardan istifadə etməkdən çəkinmədi. Ancaq paralel olaraq, daha doğrusu, “eyni zamanda” Makron köhnə Sosialist Partiyasından olanları, o cümlədən təxminən on il ərzində anti-sarkozizm düşərgəsində özünü tutmuş Fransua Bayrunu tapdaladı

Holland Daxili İşlər Nazirliyini təmizləyə bilmir

Obadianın reaksiyasından məlum oldu ki, biz həm də barmağımızla “yolkəsən şəbəkələrə” də toxunuruq. Çoxdandır Afrikada sağçılar partiyasından olan Şarl Paskuanın (1986-1988 və 1993-1995-ci illərdə Fransanın daxili işlər naziri) klanı, köhnə sosialist şəbəkələri ilə, eləcə də onların varisləri korsikalılar ilə sıx əlaqədədir. (Afrika əlaqəsi fəslinə bax) Loran Obadia Fransis Perezi yaxşı tanıyır. Bu axırıncı, keçmiş millətçi lider, Barselonada yerləşən “Pefaco” firmasının rəhbəri, Qərbi Afrikadakı “kazinoların lideri”, həmçinin Latın Amerikasında bir neçə hotelin sahibi olan Alan Orsoninin dostudur. Veolia şirkətinin nəzdində Loran Obadia, həm də keçmiş polis məmuru, RAID-in (xüsusi polis qrupu) keçmiş rəhbəri, Stefan Fuksun sayəsində məşhur su şirkətinin “təhlükəsizlik direktoru” vəzifəsində çalışan Jan-Lui Fiamenqi ilə də dostluq edir. Bu nəhəng polis işçisi, eyni zamanda Sarkozinin vaxtında mərkəzi mövqe tutan Frederik Peşenard və Bernard Sqarçini ilə də yaxındır.

Sarkozidən sonra hakimiyyətə gələn Fransua Holland prezident seçiləndən bir müddət sonra Daxili İşlər Nazirliyini “təmizləmək” fikrinə düşür. Bu məqsədlə 2012-ci ilin may ayından etibarən DCRI-nin rəhbəri Bernard Sqarçini, Parisin polis prefekti Mişel Qodin və Dövlət Baş Polis İdarəsinin rəhbəri Frederik Peşenard funksiyalarından xaric edilir. Sarkozistlərin on il at oynatdıqları Daxili İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, eləcə də Yelisey sarayının özündə yeni seçilən dövlət başçısı “təmizlik” işləri aparır. Lakin o, istədiyinə yüz faiz nail ola bilmir, çünki Daxili İşlər Nazirliyi son illərdə, tamamilə Sarkozinin eləcə də sağçıların arı pətəyinə dönmüşdü. Sosialistlər, ümumiyyətlə, bütün solçular nə qədər çalışdılarsa, Daxili İşlər Nazirliyini tamamilə ələ keçirə bilmədilər. Dövlət polis iyerarxiyası sağçıların əlində qaldı. Və on illik müxalifətə baxmayaraq, Hollandın dövründə belə sosialistlərin yeni nəsli nə polis məmurları arasında, nə də prefekturada sanballı bir yer tuta bildilər. “Qəribədir ki, Bernard Cazenöv (Hollandın prezidentliyi dövründə Baş nazir) da, Manuel Valls (Hollandın prezidentliyi dövründə Baş nazir) da bu sahədə sistematik olaraq sosialist şəbəkələri tərəfindən təklif olunan namizədlərdən heç birini qəbul etmədilər... və bu sahəni ancaq sağçıların əlində qoymağı üstün tutdular”, – deyə sosialist partiyasının keçmiş rəhbərlərindən biri təəssüflə narazılığını bildirir.

Bununla belə, Manuel Valls Sarkozinin kölgədə olan şəbəkə üzvlərinə olmazın əzab-əziyyət verdi, polis məmurlarını, hakimləri və prokurorları qızışdırıb sağçılar tərəfindən “zəbt” olunan Daxili İşlər Nazirliyinin əməkdaşlarının canına saldı. Minotavr “əməliyyatı” adı altında paralel olaraq Bernard Peti (Kəşfiyyat İdarəsi) və Rene Bayyi (Federal polis) tərəfindən aparılan araşdırma korsikalı Mişel Tomini hədəf aldı. Bu sonuncu – “xaç atalarının xaç atası” – Afrikadakı kazinoların kralı Bernard Sqaraçinin yaxın dostudur. 2016-cı ilin yazında Bernard Sqaraçi özü də başqa bir iş üzrə – “vəzifəsindən sui-istifadə” və “dövlət vəsaitinin mənimsənilməsi” maddəsi ilə ittiham edilir. 

(ardı var)

Mark Endeveld

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see194

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see147

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see136

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see133

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see132

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see130

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see130

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see127

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see126

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see126

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see126

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see125

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see124

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see124

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see124

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see123

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see123

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see121

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see119

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri