Icma.az
close
up
RU
Böyük oyun, masada siyasət, meydanda futbol ÇAĞDAŞ AZƏRBAYCAN HARADADIR...

Böyük oyun, masada siyasət, meydanda futbol ÇAĞDAŞ AZƏRBAYCAN HARADADIR...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Azərbaycanda Gənclər Günü idi. Çoxdan bu tarix bir sosial qrupun bayramı olmaq sərhəddini keçib. Azərbaycanda gənclik ilin 365 gününün mövzusudur. Ölkənin dinamikası, enerjisi və gələcəyə baxışı gənclik üzərində qurulub.

Gənclik bütün dövrlərdə və bütün ölkələrdə ciddi müzakirə mövzusu olub. Bu gün də aktuallığını qoruyur. Amma gənclik özü-özünə yaranmır. Onu formalaşdıran, ona yol açan və sabaha aparan əsas faktor dövlətdir. Daha dəqiq desək, dövlətin başında dayanan liderin siyasi iradəsi və baxışıdır.

Azərbaycan gəncliyinə sabahı real siyasi düşüncə ilə göstərən şəxs Ulu öndər Heydər Əliyev olub. Onun gənclərə verdiyi əsas mesaj çox dərin idi: “Özünüzü yetişdirin, dövlət sizi gözləyəcək”. Bu, strateji baxış idi.

Və həmin gənclik bu gün artıq böyüyüb. Böyük gənclik böyük işlərə imza atır. Tarixin həlledici məqamında, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə məhz bu gənclik Qarabağı işğaldan azad etdi. Bunu yalnız hərbi qələbə kimi qiymətləndirmək məsələnin mahiyyətini kiçildər. Düzü odur ki, bu, gəncliyin dövlətlə vəhdətinin nəticəsi idi.

Bu gün dünyanın dörd bir yanından Azərbaycan gəncinin səsi gəlir. Bu səs həmin səsdir, gəncliyin dövlətlə vəhdətinin səsidir.


Böyüklük haradan başlayır?

Min illik tarixin süzgəcindən keçmiş bir həqiqət var. Böyüklük vəzifə, tribunadan deyilən söz, yaxud statusla ölçülmür. Böyüklük şəxsi nümunə, məsuliyyəti öz üzərinə götürmək və risk anında doğru qərar verməkdən başlayır.

Heydər Əliyevin formalaşdırdığı real siyasi baxışlar Azərbaycan gəncliyini regional çərçivədən çıxarıb qlobal düşüncəyə daşıdı. Bu baxışları sistemə çevirən, davamlı edən və risklərdən qoruyan lider isə Prezident İlham Əliyev oldu. Bugünkü Azərbaycan duruşu tarixin indiki zaman formasıdır.

Böyüklük bütün sahələrdə özünü göstərir. Böyük siyasət sözün çəkisini və zamanın ritmini bilməkdir. İlham Əliyevin dünya siyasətinin aparıcı liderləri ilə keçirdiyi görüşlərdə bu böyüklük aydın hiss olunur. ABŞ Prezidenti ilə praqmatik realizm, Çin lideri ilə strateji səbir və uzunmüddətli baxış, Rusiya Prezidenti ilə güc balansı və tarazlıq dili təsadüfi diplomatiya sayıla bilməz, sistemli böyük siyasətdir.

Bir vaxtlar Qarabağın işğalda qalmasını istəyən dairələrin bu gün onun azad edilməsini alqışlaması reallığın qəbuludur. Bu reallığı qəbul etdirən isə böyük siyasət və böyük siyasətçidir. Prezidentin hər bir beynəlxalq görüşündə milli maraqlar qorunur, milli suverenlik möhkəmlənir, dövlətçilik konsepsiyası beynəlxalq legitimlik qazanır.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı gücə çevrilib. İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və reallaşdırılan qlobal layihələr, xüsusilə Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Zəngəzur dəhlizini adi iqtisadi layihə kimi dəyərləndirmək sadəlövhlük olardı, bu, strateji şahmat gedişidir. Bu layihələr Azərbaycanın böyüklüyünü faktlarla sübut edir.

Bu məqamda “Liverpul” - "Qarabağ" oyunundan sonra Qurban Qurbanovun dediyi bir cümləni xatırlamaq yerinə düşür: “Biz bu oyunda böyük futbolu gördük”. Əlbəttə ki, "Qarabağ" o matça qədər uzun, mübariz və qələbələrlə dolu bir yol keçmişdi. Qurban Qurbanovun dediyi başqa idi.

Klubda azərbaycanlı gənclərin olması onların da böyük futbol görməsi demək idi. Odur ki, Qurbanovun fikri ancaq idmanla bağlı deyildi. Böyük futbol qol vurmaqla yanaşı, ritmi qorumaq, təzyiq altında düzgün qərar vermək və sistemli düşünməkdir.

Əslində bu, Qurbanov böyüklüyünün etirafı idi.

Biz bu gün böyük siyasətin içindəyik. Böyük futbolun meydançasına çıxa bilmişik. Bəs başqa sahələrdə vəziyyət necədir?

Diplomatiyada varıqmı, bəli...

Balanslı siyasət aparırıq, neytrallığı qoruyuruq, maraqları toqquşdurmuruq. Azərbaycan gəncliyi diplomatiyada öz gücünü göstərir.

Təhsildə varıqmı, qismən...

Amma böyük deyilik. Böyük təhsil şəkil yox, sistemdir. Xarici rektorla foto çəkdirməklə böyük universitet olunmur.

Səhiyyədə varıqmı, texnologiyada varıq...

Sistemdə yoxuq, böyük səhiyyə preventiv və insan mərkəzli yanaşmadır.

İqtisadiyyatda varıqmı, enerjidə varıq...

Amma şaxələndirmədə hələ yol gedirik. Böyük iqtisadiyyat istehsal və ixracdır.

Mədəniyyətdə varıqmı, muğamda, xalçada varıq...

Amma mədəniyyətimizlə dünyanı fəth edib-etmədiyimiz hələ sual altındadır.

İnfrastrukturda və şəhərsalmada varıqmı, Qarabağ modeli, ağıllı kəndlər...

Postmünaqişə urbanistikası buna cavabdır. Amma dünya bizdən nümunə götürürmü, böyük şəhərsalma budur.

Ədəbiyyatda varıqmı, potensial var...

Dünya miqyası azdır. Böyük ədəbiyyat oxunan ədəbiyyatdır.

Mənəviyyatda varıqmı, bəli...

Torpaq uğrunda ölməyi bilmək mənəvi böyüklükdür.

Gənclikdə varıqmı, çox varıq...

Qarabağın azadlığı bunun sübutudur. Bu gənclik dövlətini sevən, xalqına sadiq, dünyada baş verən proseslərin içində olan gənclikdir.

Texnologiyada varıqmı...

İT-də inkişaf var, süni intellektdə yolun başlanğıcındayıq. Böyük olmaq üçün ekosistem lazımdır.

Aqrar sahədə varıqmı...

Torpaq da var, iqlim də. Amma milli pendir brendi yoxdursa, burada bir az nəfəs dərmək lazım gəlir.


Bəli, biz böyüyük. Amma hər sahədə yox. Biz iddialıyıq, amma realist olmalıyıq. Bütün sahələri böyük siyasətimizə uyğunlaşdırmalıyıq.

Böyük olmaq yolun sonuna çatmaq deyil. Böyüklük yolun özüdür.

Və biz bu yoldayıq.

Bu yol daha təsadüflərin, bölgəçilik düşüncəsinin, köhnə reflekslərin yolu deyil. Azərbaycanda regionçuluq faktiki olaraq tarixə çevrilib. Bu, sosial münasibətlərdə də, dövlət idarəçiliyində belədir. Bu, yeni mərhələnin başlanğıcıdır. Regionçuluğun bitməsi gələcək üçün ən sağlam perspektivlərdən biridir, çünki güclü dövlət fərqləndirmir, birləşdirir.

Dövlət sistemində rüşvətxorluq aradan qaldırılıb. Bu reallıq hamı üçün rahat qəbullanmır. Xüsusilə keçmiş vərdişlərlə yaşayan, köhnə sistemin içində mövcud olmuş məmurlar üçün bu dəyişiklik ağır görünə bilər. Qəbul etməkdə çətinlik çəkirlər. Amma normal yanaşma müqavimət ola bilməz, prosesə dəstək olmalıdır. Şəffaf sistem şəxslərə xidmət etmir, dövlət üçün qurulur. Bizə güclü Azərbaycan lazımdır.

Əgər hər birimiz öz yerimizdə böyük olmağı bacarsaq, dünyada da böyük ola bilərik. Böyüklük dövlətin ölçüsü ilə yanaşı, vətəndaşın məsuliyyəti ilə ölçülür. Kiçik düşünən cəmiyyət böyük dövlət qura bilməz.

Bu gün böyüklərə böyük ehtiyacımız var. Amma bu böyüklük yaşla, vəzifə ilə, titul ilə gəlmir. Bütün sahələrdə Qurbanovlar lazımdır. Dövlətinə sadiq, sadə, xalqına xidmət edən, Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirən, gənclərə böyük meydanı göstərən adam...

Gəncləri böyük edən də məhz böyüklərin baxışıdır. Gənci kiçik görən toplum gələcəyini də kiçildir. Gənci böyük görmək isə Çağdaş Azərbaycanın ən əsas arzusu və strateji hədəfidir.

Gənclər bu günün özüdür.

Çağdaş Azərbaycan gənci güclüdür, çalışqandır, əzmkarıdır.

Gəncləri böyük görmək Çağdaş Azərbaycanın arzusudur.

Dünyada böyük oyun gedir. Azərbaycan dünyanın böyük siyasi masasında güclüdür. Sözünü deyir. Böyük futbol meydanındadır.

Azərbaycanın gücü ÇAĞDAŞ AZƏRBAYCAN GƏNCLİYİNDƏDİR.

Gənclik qürurumuzdur...

Gənclər elə Çağdaş Azərbaycanın özüdür.

Gənclər Çağdaş Azərbaycandır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri