Icma.az
close
up
RU
Böyük oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm Qurban Qurbanov qəribə start heyətini izah etdi

Böyük oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm Qurban Qurbanov qəribə start heyətini izah etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Qarabağ" Misli premyer-liqasının 13-cü turunda evdə "Zirə"ni böyük hesabla məğlub etdi - 4:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Komandada bir az yorğunluq var idi. Ağır səfərdən qayıtmışıq. Bu, ilk hissədə daha çox hiss olundu. Baxmayaraq ki, hesabı açmışdıq. Oyundan məmnun deyildim. İkinci yarıda daha fəal oynadıq. "Zirə" birinci hissədə yaxşı müdafiə olundu. Rəqibimizə uğurlar arzulayıram.
- Sanki ikinci dəqiqədə vurulan qol hesabın 4:0 olmasını asanlaşdırdı...
- Belə suallar çox verilir. Amma futbol o dərəcədə inkişaf edib ki, qol vurmaq qələbə qazanmaq deyil. Mübarizə son dəqiqələrə qədər davam edir. Futbolçularım ilk hissədə çoxlu təhlükəli vəziyyət yarada bilmədi. Rəqiblər bizə həddən artıq ciddi yaşanır. Bəzən topla istədiyin kimi davrana bilmirsən. Xeyli sayda imkan əldə etsən də, fürsətləri boşa verirsən. Qollar vura bilməyəndə də başa düşürük ki, nə vaxtsa bunu bacaracağıq. Oyun planından əl çəkmək lazım deyil. Demək olar ki, bütün oyunlarda xeyli qol imkanımız olur. Belədə inanırıq ki, növbəti matçlarda daha yaxşısını edə biləcəyik.
- "Bude/Qlimt"lə matçda meydana fərqli heyət buraxmışdız. Növbəti oyunlarda da belə dəyişiklər görə bilərikmi?
- Böyük oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Amma bəzən bir-iki dəyişiklik ola bilər. Futbolçuların hazırlıq səviyyəsi çox önəmlidi. Avrokuboklardakı rəqiblər 90 dəqiqə ərzində təzyiq yarada biləcək gücdədi. Əsas odu ki, Norveçdə vacib qələbə qazandıq. Həqiqətən həmin oyun bizim üçün çox önəmli idi.
- Çempionatın üçdəbiri geridə qalıb. İlk turda qalib gəldiyiniz "Araz-Naxçıvan" ikinci pillədə qərarlaşıb. Yalnız "Qarabağ"a uduzub. Belə mənzərə sizi təəccübləndirirmi?
- "Araz-Naxçıvan" baxımlı oyun göstərir. Hansısa komanda yuxarı pillədə qərarlaşıbsa, deməli, onun haqqıdı. Qarşıda hələ çox oyun var. Dəyişikliklər ola bilər. Rəqiblərimizə uğurlar arzulayıram. Maraqlı oyun göstərirlər. Bir-birindən çəkinmirlər. Belə mənzərəyə ancaq sevinmək olar.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri