Icma.az
close
up
RU
Böyük Qayıdış: ali məqsədlər, əsaslı uğurlar

Böyük Qayıdış: ali məqsədlər, əsaslı uğurlar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir.  Aarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir.

İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb və evlərlə təmin edilib. İndiyədək ölkənin 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10 233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə və Xocalı rayonlarına köçürülməsi təmin olunub. Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Millət vəkili Fatma Yıldırım bildirib ki, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı tam təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsinin kifayət qədər geniş olduğunu diqqətə çatdıran deputat əlavə edib ki, hazırda bu ərazilərdə yaşayış evləri, sosial, nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa olunur. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu Zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi. Fevralın 18-19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Xankəndi şəhərlərinə səfərləri, həyata keçirilən layihələr və görülən işlərlə tanışlıq bu qayıdışın əhəmiyyətini bir daha sübut edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, sadəcə, bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var: "Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi həyat sürətlə canlanır, bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir. Xankəndidə və Ağdamda açılan yeni hotellər, təhsil və mədəniyyət ocaqları, yaşayış kompleksləri və digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri açılır, yerli və xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi və yaşıl enerji zonası konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir. Prezident İlham Əliyevin Xocalının Ballıca kəndinin sakinləri ilə səmimi görüşü, insanların əhvali-ruhiyyəsi xalqımızın Qarabağ torpağına nə qədər bağlı olduğunu təsdiqləyir. Bütövlükdə, Qarabağa qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür".

Siyasi şərhçi Taleh Əliyev deyir ki, Qarabağın bütün ərazilərində infrastruktur layihələri böyük həcmdə reallaşdırılıb: "Xüsusilə Füzuli, Zəngilan və Laçında üç beynəlxalq aeroport istifadəyə verilib. İlk magistral yol kimi Zəfər Yolu Füzulidən Şuşaya qədər çəkilib. Eyni zamanda dağların qoynunda Gəncə istiqamətindən Kəlbəcər və oradan da Laçın istiqamətinə yollar abadlaşdırılıb. Xocalı aeroportunda da yenidənqurma layihələri aparılır. Füzuli şəhərində ilk yaşayış kompleksi inşa edilib. Cəbrayıl şəhəri də ilk yaşayış məntəqəsi kimi formalaşdırılıb. Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi Böyük Qayıdış Proqramının uğurlu başlanğıcı kimi həyata keçirilib. Bu gün demək olar ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bütün ərazilərində quruculuq və qayıdış proqramları icra olunur. Hazırda Qubadlı və Zəngilan şəhərlərindən başqa, digər rayon mərkəzlərinə köç prosesi başlanıb. Yaxın zamanda Ağdam şəhərinə də köçlərin həyata keçirilməsi planlaşdırılır. Beynəlxalq tərəfdaşlar arasında ən çox dəstək Türk dövlətlərindən, xüsusilə də qardaş Türkiyədən gəlir. Çətin relyefli dağlarda tunellərin və yolların tikintisində Türkiyə şirkətləri yaxından iştirak edib. Qazaxıstan, Özbəkistan və Qırğızıstan müəyyən rayonlarımızda məktəb və mədəniyyət mərkəzləri inşa etməklə mənəvi dəstək simvolu olan layihələr həyata keçiriblər. Bu obyektlərin açılışında həmin dövlətlərin başçıları da şəxsən iştirak ediblər. Bundan başqa, Tatarıstan Cəbrayıl bölgəsində "Araz Vadisi" iqtisadi layihələrində iştirak edir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bərpasına başlayarkən elan etmişdi ki, bu region yaşıl iqtisadi zona olacaq. Bu, həm yaşayış məntəqələri, həm sənaye müəssisələri, həm də kənd təsərrüfatı sahələri üçün yaşıl texnologiyalar əsasında qurulacaq. Bu baxımdan inkişaf etmiş ölkələrin, tərəfdaş dövlətlərin təkcə maliyyə deyil, həm də yeni texnologiyaların ölkəyə gətirilməsi baxımından dəstəyi böyük əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan-Ərəb ölkələri əməkdaşlığı, eləcə də Azərbaycan-Çin birgə layihələri buna bariz nümunədir. İkinci Qayıdış Proqramının artıq qazandığımız təcrübə əsasında daha yüksək səviyyədə həyata keçiriləcəyi gözlənilir. Bu mərhələdə məskunlaşma artdıqca, xarici tərəfdaşların və beynəlxalq təşkilatların Qarabağa investisiya yatırmaq və birgə layihələr icra etmək istiqamətində maraqları daha da artacaq".

Millət vəkili Kamran Bayramovun dediyinə görə, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər - müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri və ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır və yaşayır. Ümumilikdə, 50 minə yaxın insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real və davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin bir parçasıdır".

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan xalqının sarsılmaz iradəsini Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında aydın şəkildə görürük. Hər zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi tanınır: "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf proqramları, "Böyük Qayıdış" çərçivəsində reallaşan sosial layihələr, beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərindəki fəal iştirak ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu yeni dövrün çağırışlarına cavab verən güclü və müasir dövlət kimi formalaşdırır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri