Icma.az
close
up
RU
Böyük Qayıdış naminə Kəlbəcər və Ağdərədə atılan uğurlu addımlar

Böyük Qayıdış naminə Kəlbəcər və Ağdərədə atılan uğurlu addımlar

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərinə səfər etmələri ölkənin ictimai həyatında daha bir mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Prezident və birinci xanım 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Bildirildi ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Prezident İlham Əliyev həmçinin Kəlbəcər şəhər parkının təməlini qoyub. Şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur. Bir sözlə, burada həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Dağlarla əhatələnmiş, əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlərlə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir.

Cəmi 5 ilə yaxın müddətdə azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar.

Müzəffər Ali Baş Komandanın "Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!" sözlərini eşitmək qürur verir. Bu sözlər səslənərkən doğma yurdlarına qayıdan insanların üzlərindəki sevinci görməmək mümkün deyildi. "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı", - dövlət başçısı sakinlərlə görüşdə vurğulayıb.

Həqiqətən də bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar "Böyük Qayıdış" Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və proses gələcəkdə də davam edəcək. Prezident bəyan edib ki, şəhərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq və onlar lazım olan bütün digər infrastruktur layihələri də icra edilib: "İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar".

Kəlbəcərlilər və bütövlükdə Azərbaycan xalqı üçün həm də ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcərə artıq həyat qayıdır. "Əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub", - deyə Prezident vurğulayıb.

Ölkə Prezidenti kəlbəcərlilərlə görüşündə bir məsələyə də xüsusi yer ayırıb. Bildirib ki, "Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt "Laçın dəhlizi" adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı".

Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş "Dağlıq Qarabağ" arasında coğrafi bağlantı yaratmışdıvə beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır: "Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir".

Azərbaycan xalqı bu il 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan qurtardı və ədalət bərpa olundu. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyir ki, Azərbaycan dövləti Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi üstünlüyü davam etdirərək 2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi. Bu əməliyyat nəticəsində bölgədə qeyri-qanuni silahlı birləşmələr tərk-silah olundu, konstitusiya quruluşumuz tam bərpa edildi, dövlət suverenliyi bütün Qarabağ ərazisində təmin olundu. O bildirib ki, qələbədən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərqərar olunması idi. Son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində bu hədəflərin reallaşmasında böyük nailiyyətlər əldə olunub.

Millət vəkili qeyd edib ki, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın regionda dayanıqlı sabitliyini təmin etmək istiqamətində atdığı ən mühüm tarixi addımlardan biri oldu. Bu Bəyannamə 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqi müstəvidə təsbit etməklə yanaşı, bölgədə qarşıdurmaların birdəfəlik aradan qalxmasına zəmin yaratdı. Birgə Bəyannamə yalnız Azərbaycanın suverenliyini möhkəmləndirmədi, həm də "Böyük Qayıdış" prosesinə əlavə hüquqi təminatlar verdi. Çünki məhz sülhün bərqərar olması azad edilmiş torpaqlara qayıdan əhalinin təhlükəsizliyi və rifahı üçün əsas şərtdir.

"Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfər "Böyük Qayıdış" Proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir. Bu səfər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.Ümumiyyətlə, Qələbədən ötən beş ildə Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılıb. Prezident və birinci xanımın səfər zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi", - deyə Siyavuş Novruzov bildirib.

Onun dediyinə görə, "Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə Ermənistanla sülh müqaviləsinin müəllifinin də Azərbaycan olduğunu, o bəndlərin tərtibatında da bizim mövqeyimizin hər zaman əsas götürüldüyünü bildirib: "Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi... Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur. Kəlbəcər şəhər sakinləri ilə görüşdən sonra isə dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun, Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahələrində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, onlarla söhbət ediblər".

Millət vəkili qeyd edib ki, Kəlbəcər və Ağdərə bu gün qələbənin, təhlükəsizliyin, sülhün və dirçəlişin birgə təcəssümünə çevrilərək Azərbaycanın gələcək inkişaf yolunun canlı simvoluna dönüb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. İşğaldan azad olunmuş ərazilərimiz "Böyük Qayıdış" layihəsi çərçivəsində gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see265

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see207

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see177

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see149

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see138

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see134

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see133

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see129

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see129

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see126

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see122

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see122

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see122

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see120

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see120

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see119

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see118

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see116

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see116

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri