Icma.az
close
up
RU
Bu il Kəlbəcər şəhərinə Böyük Qayıdış reallaşıb

Bu il Kəlbəcər şəhərinə Böyük Qayıdış reallaşıb

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin beş ili tamam olur. Bu tarix, həm də “Kəlbəcər Şəhəri Günü” kimi qeyd edilir. Əlamətdar haldır ki, bu il Kəlbəcər şəhərinə Böyük Qayıdış reallaşıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında Ermənistan tərəfindən işğal edildiyini xatırladıb. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı. Halbuki, yüksək dağlıq relyefə malik olan rayonun müdafiəsini təşkil etmək mümkün idi. Lakin hakimiyyət daxilində mübarizə, ordu rəhbərliyinin yarıtmaz fəaliyyəti Kəlbəcərin işğalına səbəb olmuşdu. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Lakin dövlətimiz torpaqlarımızın işğalı ilə heç vaxt barışmadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub. İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir. Bu, möhtəşəm Zəfərimizin, eləcə də şəhidlərimizin əziz xatirəsinin, torpaqlarımızın azadlığı uğrunda vuruşan döyüşçülərimizin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından mühümdür.

Millət vəkilinin sözlərinə görə, Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni vandalizminin əyani şahidi olduq. Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilər buranı tərk edərkən barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Pərvin Kərimzadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu işlər xalqımızda nə qədər qürur hissi doğursa da, Ermənistana havadarlıq edən xarici qüvvələrin və onların daxilimizdəki əlaltıları olan radikal müxalifəti məyus edir. Vətən müharibəsində şanlı qələbəmizi gözdən salmaq istəyən radikallar hazırda da bu tipli fəaliyyətlərini davam etdirirlər. Əslində isə onlar bu addımları ilə Azərbaycanın düşmənlərinə xidmət edirlər. Lakin belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

“Bu gün Azərbaycan dövləti Kəlbəcər rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk səfəri zamanı Dövlət Bayrağını ucaldıb, eləcə də bir sıra təməllər atıb, görülən işlərlə tanış olub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq olunub. Şəhərin işğala qədərki, yəni 1969-cu ildə tərtib edilən Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Dövlətimizin başçısı azad edildikdən sonra Kəlbəcərə dəfələrlə səfər edib. Prezident İlham Əliyev bu il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər isə Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb”,-deyən deputat əlavə edib ki, Kəlbəcərin füsunkar təbiəti onun böyük turizm potensialına da malik olduğunu göstərir. Hazırda bu istiqamətdə də sürətli işlər gedir. Şübhəsiz ki, qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək. İşğaldan əvvəl turizm imkanları ilə fərqlənən “İstisu” Müalicə-İstirahət Kompleksi yenidən bərpa olunur. Kompleksin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur. Bütün bunlar Kəlbəcərin insan sağlamlığı üçün nə qədər böyük resurslara malik olduğunu təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri