Rusiya ilə ABŞ və Avropa İttifaqı arasında vizasız rejim yaradılır?
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ilə ABŞ və ya Avropa İttifaqı arasında vizasız rejimin yaradılması yaxın gələcəkdə istisna olunur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib. Kosaçev bunu Qərbin yalan informasiya yayımı ilə əlaqələndirdi:
"Dost olmayan ölkələrdə Rusiya haqqında ya pis danışılır, ya da heç danışılmır. Eyni zamanda həqiqəti deyə bilən ruslar nadir hallarda ABŞ və ya Avropa İttifaqına səyahət edirlər. Ölkənin maraqlarını izah etməyə hazır olan rusların kütləvi axını Rusiyanı nüfuzdan salmaq kampaniyasını təşkil edənlərə qarşı işləyəcək".
Qeyd edək ki, 21 oktyabrda Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik Podqoritsanın 1 noyabr 2026-cı il tarixindən etibarən vizasız səyahət müqaviləsinin ləğvi barədə Moskvaya rəsmi olaraq məlumat verdiyini bildirib. Dəyişikliklər qüvvəyə mindikdən sonra ruslar Monteneqroya milli viza və ya Şengen zonası dövlətləri də daxil olmaqla bir neçə başqa ölkənin vizaları ilə daxil ola biləcəklər.
Anar
Bu mövzuda digər xəbərlər:Maraqos: Avropa İttifaqı və Ermənistan arasında vizasız səfərlər realdır
20 Avqust 2025 16:04
Avropa İttifaqı ilə ABŞ arasında uçurum yaranır
23 Yanvar 2026 09:44
Ermənistan Avropa İttifaqı ilə vizasız rejim üçün fəaliyyət planı imzalayacaq
27 Oktyabr 2025 17:11
Kanada və Avropa İttifaqı arasında yeni unikal alyans yaradılır
14 Sentyabr 2026 16:34
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
24 Avqust 2026 12:25
Baxış sayı:163
Bu xəbər 23 Oktyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















