Icma.az
close
up
RU
ANAMA da Qarabağ qazilərinə də şamil edilməklə kadr ixtisarları aparılırmı?.. RƏSMİ CAVAB

ANAMA da Qarabağ qazilərinə də şamil edilməklə kadr ixtisarları aparılırmı?.. RƏSMİ CAVAB

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rəsmi cavab hazırda qurumda kadr ixtisarlarının aparılması barədə iddianı təsdiqləmir. Bununla belə, gələcəkdə optimallaşdırma tədbirləri çərçivəsində belə bir zərurət yaranarsa, prosesin qanunvericiliyə uyğun aparılması, o cümlədən müharibə iştirakçılarının qanuni üstünlük hüququnun nəzərə alınması vacibdir...”

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr ixtisarlarının aparıldığı, bu prosesin Qarabağ müharibəsi veteranı olan əməkdaşlara da şamil edildiyi iddia olunur.

Məsələnin həssaslığını, xüsusilə Vətən uğrunda döyüşmüş şəxslərin əmək hüquqlarını nəzərə alaraq, Moderator.az redaksiyası bununla bağlı Agentliyə rəsmi sorğu ünvanlayıb.

Sorğuda ANAMA-da hazırda kadr ixtisarlarının aparılıb-aparılmadığı, belə bir proses varsa, onun səbəbləri və əhatə etdiyi əməkdaşların sayı, indiyədək işdən azad edilənlər arasında neçə müharibə veteranının olduğu barədə suallar yer alıb.

Eyni zamanda, ixtisarlar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əməl edilib-edilmədiyi, veteran əməkdaşların işdə saxlanılması üçün hansı meyarların tətbiq olunduğu və bu məsələ ilə bağlı Agentliyə şikayətlərin daxil olub-olmadığı soruşulub.

ANAMA-nın Moderator.az-a rəsmi cavabı belə olub:

“Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində 2026-cı il ərzində işçilərin sayı və ya ştatları ixtisar edilməmiş, bu əsasla hər hansı işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir.

Gələcəkdə həyata keçirilən optimallaşdırma tədbirləri çərçivəsində işçilərin sayı və ya ştatların ixtisar edilməsinə zərurət yarandığı halda, proses Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun həyata keçiriləcəkdir. Nəzərə almağınız xahiş olunur”.

Beləliklə, Agentliyin rəsmi cavabına əsasən, 2026-cı il ərzində ANAMA-da ştat ixtisarı aparılmayıb. Bu səbəbdən Qarabağ müharibəsi veteranlarının kütləvi şəkildə ixtisara salınması barədə yayılan məlumatlar qurumun açıqlaması ilə təsdiqlənmir.

Bununla belə, ANAMA gələcəkdə optimallaşdırma tədbirləri çərçivəsində ixtisar zərurətinin yarana biləcəyini istisna etməyib. Qurum belə bir proses baş verərsə, qanunvericiliyin müvafiq tələblərinə əməl olunacağını bildirib.

Bəs qanun müharibə iştirakçılarına hansı təminatı verir?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçilərin ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, işəgötürən işdə saxlanılarkən müharibə iştirakçılarına üstünlük verməlidir. Həmin hissədə şəhid ailəsi üzvləri və digər müəyyən kateqoriyadan olan şəxslər də sadalanır.

Bu müddəa o deməkdir ki, ixtisar zamanı müharibə iştirakçısının statusu qanunla nəzərdə tutulan üstünlük meyarlarından biridir. Lakin bu üstünlük bütün hallarda vəzifənin, peşə uyğunluğunun və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsindən asılı olan hüquqi mexanizm çərçivəsində tətbiq edilir.

Beləliklə, ixtisar zamanı qanunla nəzərdə tutulan üstünlük hüququnun nəzərə alınması işəgötürənin öhdəliyidir.

Onu da xatırladaq ki, Prezident İlham Əliyev müxtəlif çıxış və qərarlarında müharibə veteranlarına, şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının göstərilməsinin vacibliyini vurğulayıb. 

Məsələ diqqətdə saxlanılacaq!..

ANAMA-nın rəsmi cavabı hazırda qurumda kadr ixtisarlarının aparılması barədə iddianı təsdiqləmir. Bununla belə, gələcəkdə optimallaşdırma tədbirləri çərçivəsində belə bir zərurət yaranarsa, prosesin qanunvericiliyə uyğun aparılması, o cümlədən müharibə iştirakçılarının qanuni üstünlük hüququnun nəzərə alınması vacibdir.

Moderator.az məsələ ilə bağlı yeni məlumatlar və əlavə rəsmi açıqlamalar olduğu təqdirdə oxucuları məlumatlandırmağa davam edəcək.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2026 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri