Icma.az
close
up
RU
“Böyük Qayıdış və Zəngəzur Dəhlizi: Cənubi Qafqazda Yeni Siyasi Reallıqlar”

“Böyük Qayıdış və Zəngəzur Dəhlizi: Cənubi Qafqazda Yeni Siyasi Reallıqlar”

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə də belə strateji məqamlar sırasında dəyərləndirilə bilər

Avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Azərbaycan xalqının haqq işinin başa çatdığını təsdiqləməklə yanaşı, bölgədə yeni əməkdaşlıq və sülh səhifəsi açıb. Dövlət başçısı xüsusilə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh sazişi təşəbbüsü, Minsk Qrupunun fəaliyyətinə son qoyulması, Zəngəzur dəhlizinin geostrateji rolu, regional inteqrasiya və tranzit imkanları, həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması kimi məsələləri diqqət mərkəzinə gətirib.

Prezident İlham Əliyev müsahibəsində bu məsələlərin yalnız Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu və qonşu dövlətlər üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması və regionda qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirir. Bu mövqe həm regional sabitliyi möhkəmləndirir, həm də qlobal tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təkan verir. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın enerji və nəqliyyat-logistika mərkəzi kimi rolunun artdığını, beynəlxalq əməkdaşlıqda konstruktiv siyasətini, multikultural dəyərlərin qorunmasını və regionda etimad mühitinin formalaşdırılmasını önə çəkib. Vurğulanıb ki, son onilliklərdə Cənubi Qafqazda baş verən geosiyasi proseslər, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərindəki gərginliklər, bölgədəki müharibələr və silahlı qarşıdurmalar, regionun siyasi və iqtisadi inkişafına ciddi təsir göstərib.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüz nəticəsində ölkəmizin təqribən 20 faizi – Dağlıq Qarabağ və ətraf yeddi inzibati rayon işğal olunub. Bu işğal beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin, həmçinin BMT Nizamnaməsinin açıq-aşkar pozulması idi. İşğal nəticəsində Azərbaycan bir milyona yaxın vətəndaşını məcburi köçkün vəziyyətinə salan etnik təmizləmə siyasətinə məruz qaldı. Bu dövrdə yaranmış humanitar fəlakət, qaçqınların hüquqlarının pozulması və onların sosial-məişət şəraitinin ağır olması beynəlxalq təşkilatların qətnamələrində əksini tapsa da, lakin faktiki olaraq bu problemlər uzun illər həll edilməmiş, Azərbaycan xalqının əzəli torpaqlarına dönüş hüququ təmin olunmamışdır.

1994-cü ildə Bişkek protokolu əsasında əldə olunmuş atəşkəs uzunmüddətli sülhü təmin edə bilməyib, münaqişənin hüquqi və siyasi həlli həyata keçirilməyib. Növbəti 26 il ərzində ATƏT-in Minsk Qrupu vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz qalıb, status-kvo qorunub. Bu müddət ərzində Ermənistan işğal altında saxladığı ərazilərdə demoqrafik dəyişikliklər aparıb, mədəni və tarixi irsi məhv edib, Azərbaycan vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün bərpası 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində mümkün olub.

Bu hərbi-siyasi zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regional güc balansını yenidən formalaşdırıb, beynəlxalq hüququn aliliyini təmin edib. Həmçinin bu zəfər Azərbaycan üçün strateji üstünlük yaratmış və bölgədəki təhlükəsizlik mexanizmlərinin yenidən qurulmasına imkan verib. Post-münaqişə dövründə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri sülh quruculuğu, reinteqrasiya, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışı və regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi olmuşdur. Prezident İlham Əliyev məcburi köçkünlərin öz yurdlarına qayıdışını tarixi ədalətin bərpası kimi qiymətləndirib. İşğaldan azad edilmiş ərazilərdə artıq 50 mindən çox soydaşımız məskunlaşdırılıb və bu proses sürətlə davam edir.

“Böyük Qayıdış” Proqramı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdən biridir. Bu proqram çərçivəsində yeni yaşayış məskənləri inşa edilir, sosial təminat və dayanıqlı iş yerləri yaradılır. Dövlət başçısı xüsusilə mina təhlükəsi və dağıdılmış infrastrukturun işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında əsas çətinliklərdən biri olduğunu qeyd edib. Ermənistan tərəfindən basdırılmış minlərlə mina nəticəsində yüzlərlə insan xəsarət almış, onlarla nəfər həyatını itirib. Bu səbəbdən ilkin mərhələdə dövlət vəsaitinin böyük hissəsi infrastrukturun bərpasına, yolların, elektrik və qaz xətlərinin, su təminatının və yaşayış binalarının tikintisinə yönəldilib. Cənubi Qafqazda nəqliyyat və tranzit infrastrukturunun inkişafı yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edir.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən strateji nəqliyyat xətti kimi region üçün xüsusi önəm daşıyır. Bu dəhliz, eyni zamanda, Azərbaycan üçün iqtisadi inkişafın, regional sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın və beynəlxalq təhlükəsizliyin təminatında həlledici rol oynayır.

ABŞ administrasiyasının, o cümlədən Prezident Donald Trampın vasitəçiliyi ilə ortaya çıxan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) təşəbbüsü Zəngəzur dəhlizinin təhlükəsiz keçidini təmin edir və regionda yeni strateji nəqliyyat marşrutu yaradır.

Zəngəzur dəhlizi yalnız ölkəmizin iki hissəsini birləşdirmir, eyni zamanda regionda tranzit imkanlarını artırır. Alternativ marşrut kimi bu dəhliz Asiyadan Avropaya daşınan yüklərin həcmini əhəmiyyətli dərəcədə yüksəldir, iqtisadiyyatın inkişafına, logistika xərclərinin azaldılmasına və ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Eyni zamanda Ermənistan üçün də tranzit ölkəyə çevrilmə imkanı yaranır, ölkə yükdaşımalardan gəlir əldə edə bilər və regional əməkdaşlıqdan faydalanır.

Prezident İlham Əliyevin də dediyi kimi : “Zəngəzur dəhlizi təkcə Şərq¬ Qərb deyil, həm də Şimal -Cənub nəqliyyat dəhlizi olacaq.Deməli,Rusiyadan Azərbaycana,İrana gedən Şimal-Cənub marşrutunndan əlavə,bizim digər marşrutumuz da olacaq_ Rusiyadan Azərbaycana , Ermənistana, Naxçıvana və İrana. Beləliklə,düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Nəticə etibarilə, Zəngəzur dəhlizi regional sabitliyin, iqtisadi inkişafın, beynəlxalq əməkdaşlığın və strateji tərəfdaşlıq əlaqələrinin təmin olunmasında prioritet layihə kimi çıxış edir.

Eyni zamanda Azərbaycan tarixi ədaləti bərpa edir, məcburi köçkünlərin yurdlarına dönüşünü təmin edir, işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi infrastrukturunu bərpa edir və Cənubi Qafqazda dayanıqlı sülhün formalaşdırılmasına yeni siyasi reallıqlar gətirir.

Gülxarə Əhmədova

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://adalet.az
archiveBu xəbər 31 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see194

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see151

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri