Icma.az
close
up
RU
Tarixi dostluq, gələcəyə inam: Cənubi Qafqazda yeni reallıqlar

Tarixi dostluq, gələcəyə inam: Cənubi Qafqazda yeni reallıqlar

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Gürcüstan və Azərbaycan arasında artıq uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı müttəfiqlik əlaqələri mövcuddur. Bu əlaqələrin təməlində ölkələrimiz və xalqlarımız arasında yüz illərdən bəri mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətləri durur. Aprelin 16-da Gürcüstan Prezidentinin ilk rəsmi xarici səfərini Azərbaycana etməsi diplomatik protokol baxımından xüsusi əhəmiyyət daşıyır.İkitərəfli görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla siyasi əlaqələrin inkişafını, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıdığını, dialoqun fəallaşdığını nəzərə çatdırdı. Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün həlledici amildir. Bu gün isə rəsmi Bakının təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasət regionda sabitliyin qarantı, həmçinin bölgənin iqtisadi yüksəlişinin təminatçısıdır. Hazırda dünyada baş verən hadisələr, geosiyasi proseslər, qeyri-sabitlik dinc, sakit, təhlükəsiz həyatın dəyəri getdikcə daha da aktuallaşdırır. Azərbaycan Cənubi Qafqazda separatizmdən uzaq firavan gələcək üçün davamlı inkişaf və rifaha yönəlmiş sülh gündəmini təşviq etməkdə davam edir. Bu təşəbbüslər qonşu Gürcüstandan birmənalı dəstək alır, tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün regionda dinc gələcəyin qurulmasının mühüm amillərindən birinə çevrilir. Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olacaq. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var.
Azərbaycan və Gürcüstan arasında münasibətlərin siyasi komponenti Cənubi Qafqazda iqtisadi artıma və davamlı sabitliyin təmin edilməsinə töhfə verən regional inkişafda mühüm amil olaraq qalır. Hər iki ölkə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, beynəlxalq münasibətlərə, ədalət və ümumi təhlükəsizliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Strateji müstəvidə möhkəm əlaqə və qarşılıqlı maraqlar onları beynəlxalq siyasətdə ciddi qüvvəyə və nüfuzlu aktora çevirir. Bu da öz növbəsində regionda sabitliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın və inkişafın dayaq nöqtələridir. Azərbaycan-Gürcüstan münasibətləri artıq klassik qonşuluq siyasəti çərçivəsindən çıxaraq, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib. Bu model isə yalnız iki ölkənin deyil, bütün bölgənin rifahına və sabitliyinə töhfələr verir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri