Icma.az
close
up
RU
Böyük Qayıdışın möcüzəsi Ağdam yenidən qurulur

Böyük Qayıdışın möcüzəsi Ağdam yenidən qurulur

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ağıllı şəhər” layihəsi əsasında yeni və müasir Ağdam inşa edilir. Qafqazın “Xirosiması” kimi tanınan bu şəhər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionun ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevrilir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində 22,5 hektarlıq tarixi-mədəni ərazi salınacaq. Bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək Muzeyi, Dram Teatrı, İşğal və Zəfər muzeyləri kompleksi yer alacaq. Yenidən qurulan şəhərin inkişaf üfüqləri göstərir ki, Ağdamın dünyada bənzəri olmayacaq.

Ağdam urbisidə məruz qalıb

Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam bölgənin ənənəvi çoxmədəniyyətli şəhərlərindən biri kimi tarixin səhifələrindən silinmişdi. Təbii sərvətlərlə zəngin olan Ağdam Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Şahbulaq silsiləsindəki Çobandağın zirvəsində yerləşən qədim tikili Qarabağ xanlığı dövründə yadellilərin hücumları zamanı gözətçi məntəqəsi kimi istifadə olunurdu.

İşğaldan azad edilən Ağdam tamamilə viran edilmiş, həyat əlaməti qalmayan bir şəhər idi. Binaların əksəriyyəti dağıdılmış, şəhər yerlə-yeksan olunmuşdu. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə qaranlıq bir dövr kimi düşdü. Ağdam həm urbisidə, həm də ekosidə məruz qalmış, təbiətinə və tarixi abidələrinə misilsiz zərər vurulmuşdu. O, dünyada mövcud olan 10 “ruhlar şəhəri”ndən biri hesab edilirdi.

Vaxtilə burada müxtəlif xalqların nümayəndələri azərbaycanlılarla mehriban şəraitdə yaşayırdılar. Ermənilər isə bu böyük və qədim şəhəri yerlə-yeksan etmişdilər. Şəhər uzun müddət aramsız bombardman altında qaldı; təkcə bir gecədə 200-dən çox mərmi atılırdı. Ağdam Qarabağın açarı olduğuna görə düşmən havadarları ilə birlikdə böyük xəyanətlərə əl atdı, şəhərin özünümüdafiə dəstələrinin komandirləri bir-bir məhv edildi, lakin müdafiəçilər sonadək döyüşdülər.

Ağdam camaatı Birinci və İkinci Qarabağ müharibələrində ağır itkilər verdi. Bir çox ailədə iki nəfər Vətən uğrunda döyüşmüş, şəhidlik zirvəsinə ucalmışdı. Birinci Qarabağ müharibəsində şəhərin iki Şəhidlər xiyabanı salınmışdı; Xocalı qurbanlarının çoxu da burada dəfn olunmuşdu. Ermənilər həmin xiyabanları amansızlıqla dağıtmışdılar.

Ağdam 1980-ci illərin sonlarında bölgədə baş verən hadisələrin episentrinə çevrilmişdi, yurd-yuvasından qovulan on minlərlə azərbaycanlı Ağdama sığınmış, ağdamlılar isə qardaş və bacılarına qucaq açaraq onlara evlərini paylaşmışdılar.

Ağdam – bir güllə atılmadan azad olundu

Otuz ilə yaxın erməni işğalı altında qalan Ağdam azad edildikdən sonra həyat geri qayıtdı. Qısa müddətdə geniş quruculuq və bərpa işləri aparıldı. Düşmənin yaratdığı xarabalıqların yerində indi müasir binalar, yollar, infrastruktur yüksəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamın şəhərsalmasında yeni model tətbiq olunur və şəhərin yaxın illərdə 100 min nəfərlik əhaliyə xidmət etməsi nəzərdə tutulur.

Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində əldə olunan tarixi qələbə danışıqlarda həlledici rol oynadı və Ağdam bir güllə atılmadan azad edildi. 2020-ci il noyabrın 20-də düşmən şəhəri tərk etdi və ordumuz heç bir itki vermədən Ağdama daxil oldu. Şəhər azad olunandan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda oldular. Dövlət başçısı şəhərdə üçrəngli bayrağımızı ucaltdı və bu bayraq bu gün də qürurla dalğalanır.

Modern şəhərin cizgiləri

Bu gün Ağdam yenidən doğulur. Qarabağ iqtisadi rayonunun mühüm mərkəzlərindən biri olan şəhər müasir şəhərsalma prinsipləri ilə yenidən qurulur. Bir neçə kəndin birləşdirilməsi və əhali artımı nəzərə alınaraq şəhər 100 min nəfərlik layihələndirilib. Köhnə Ağdamın 700–800 hektarlıq ərazisi yeni Baş plana əsasən iki dəfə genişləndirilir.

Ağdam bərpa olunan tarixi abidələri, müasir infrastrukturu və sənaye potensialı ilə Azərbaycanın ən böyük sənaye, mədəniyyət və turizm mərkəzlərindən birinə çevriləcək. Dram Teatrının qalıqları açıq səma altında muzey kimi qorunacaq, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı Fərhadın heykəli isə gələcəkdə öz yerinə qaytarılacaq.

Şəhərin mərkəzində Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi yaradılacaq. Bu muzeylər Ağdamın acı taleyinin canlı şahidi kimi gələcək nəsillərə tarixi unutdurmayacaq.

“Böyük Qayıdış” proqramına əsasən 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə 42 min nəfərin köçürülməsi planlaşdırılır. Hazırda şəhər böyük bir tikinti meydançasına çevrilib. Binaların inşasında Şahbulaq daş karxanasının ağ mişar daşlarından istifadə olunur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam həm yaşıl, həm ağıllı, həm də dünyada analoqu olmayan modern şəhərə çevrilir. Sərəncama əsasən hər il 20 noyabr Ağdam Şəhər Günü kimi qeyd olunur.

Yeni Ağdamın üfüqləri artıq uzaqdan görünür. İnsanlara yeni həyat eşqi, ümid və inam verən bu şəhərdə tarix və müasirlik qovuşur. Artıq Ağdamın üç kəndinə sakinlərin qayıdışı uğurla davam edir və onlar qürurla deyirlər: “Bu kənd bizim kəndimizdir!”

Salman Alıoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri