Icma.az
close
up
RU
Moskva: “London və Kiyev təxribatlar hazırlayır”

Moskva: “London və Kiyev təxribatlar hazırlayır”

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Aleksandr Bortnikov belə iddia ilə çıxış edib.
“Britaniyalıların Ukrayna xüsusi xidmət orqanları ilə birlikdə “Türk axını” qaz kəmərinə qarşı təxribat hazırlaması barədə bizdə məlumat var”, - Rusiya əks-kəşfiyyatının rəhbəri deyib.
O, detalları açıqlamasa da, onun sözlərinə görə, Rusiyada terror aktlarına və təxribatlara Böyük Britaniya kuratorluq edir.
- Bundan əlavə, SAS təlimatçıları (Böyük Britaniya ordusunun xüsusi bölməsi) və Mİ6-nın səhmdarları arasında Rusiya, Qazaxıstan və ABŞ şirkətlərinin də olduğu Xəzər Boru Kəməri Konsorsiumunun ofisinə və obyektlərinə bir sıra dron zərbələri planlaşdırıb ”, - Rusiya mediası Aleksandr Bortnikovdan sitat gətirir.
Rusiya FTX-nin direktoru MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Səmərqənddə keçirilən iclasında, həmçinin “Avropa və Rusiya arasında toqquşmanın potensial nəticələrinin fəlakətli ola biləcəyini” vurğulayıb.
Onun iddiasına görə, Böyük Britaniyanın kəşfiyyat orqanları Ukrayna PUA-larının Rusiya aerodromlarına qarşı həyata keçirdiyi “Hörümçək toru” əməliyyatına da nəzarət edib.
“Britaniya kəşfiyyatının birbaşa nəzarəti altında Ukrayna Təhlükəszilik Xidmətinin (UTX) “Hörümçək toru” əməliyyatı Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlardan bir qədər əvvəl həyata keçirilib. İngilislər sonradan onun təbliğat müşaiyətini təmin etdilər. Vurulan böyük ziyanın və təxribatın yalnız Ukraynanın “müəllifi” olması haqqında mediada saxta məlumatlar yaydılar”, - Rusiya FTX-nin rəhbəri deyib.
Yeri gəlmişkən, Böyük Britaniyanın Müdafiə naziri Con Hili Ukraynanın Rusiya hərbi aerodromlarına qarşı həyata keçiridiyi “Hörümçək toru” əməliyyatını alqışlamışdı.
Böyük Britaniyanın “Sky news” telekanalı isə itirəcək heç nəyi olmadığını düşünən Ukraynanın bu addımı atmağa qərar verdiyini iddia etmişdi.
Aleksandr Bortnikov həmçinin bildirib ki, NATO-nun kəşfiyyat orqanları Avropa ərazisi üzərində pilotsuz təyyarələrlə bağlı insidentlərdə iştirak edir.
Xatırladaq ki, “Türk axını” Rusiya qazını Türkiyə və Cənub-Şərqi Avropa ölkələrinə çatdıran dənizaltı qaz kəməridir. O, ümumi uzunluğu təxminən 1100 km olan iki paralel xəttdən ibarətdir ki, bunun da 930 km-i Qara dənizin dibindən keçir.
Hər bir xəttin ötürücülük gücü ildə 15,75 milyard kubmetr olmaqla, ildə 31,5 milyard kubmetrə bərabərdir. 2025-ci ilin yanvarından “Türk axını” Rusiya qazının Avropaya nəqli üçün yeganə marşruta çevrilib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri