Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Böyük təhlükə: Bu torbalardan necə xilas olaq?

Böyük təhlükə: Bu torbalardan necə xilas olaq?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə alış-verişin ayrılmaz parçalarından biri polietilen paketlərdir. Günümüzdə tullantıların böyük bir hissəsini də məhz bu paketlər təşkil edir. Onların parçalanması yüz illərlə vaxt alır. Hər il təxminən 100 min dəniz canlısı bu səbəbdən məhv olur, qida zəncirinə daxil olduqda isə insan sağlamlığına da zərər verə bilir. Polietilen paketlərin istifadəsi rahat və asan olduğundan bu kimi bütün zərərlər unudulur. Sadə bir görünüşə malik olan bu məhsulun əslində nə qədər təhlükəli olduğunu anlamaq vacibdir.

Hətta hər il iyulun 3-ü “Beynəlxalq polietilen paketdən imtina günü" kimi qeyd olunur.

Buna baxmayaraq polietilen paket yenə də kifayət qədər istehsal və istehlak edilir. Bu da gələcəkdə bir sıra fəsadlara yol açacaq.

Xarici mənbələrin məlumatına görə, qlobal polietilen bazarının həcmi 2024-cü ildə 114,89 milyard ABŞ dolları dəyərində qiymətləndirilib. 2032-ci ilə qədər bu rəqəmin 158,49 milyard dollara qədər artacağı proqnozlaşdırılır.

2002-ci ildə plastik torbaların fəlakətli daşqınlar zamanı drenaj sistemlərinin tıxanmasında əsas rol oynadığı aşkar edildikdən sonra Banqladeş dünyada nazik polietilen torbalara qadağa tətbiq edən ilk ölkə oldu. Cənubi Afrika, Ruanda, Çin, Avstraliya və İtaliya kimi digər ölkələr də tezliklə bu prosesə qoşuldular.

Həm təbiət, həm özümüz, həm də digər canlılar üçün zərərli olan polietilen torbalardan necə imtina edə bilərik?

Bu torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib.

Ümumilikdə, təxminən 127 ölkə plastik torbaların istifadəsini qaydalarla tənzimləyir. Həmin qaydalara plastik torbaların mərhələli şəkildə ləğvi və təkrar istifadə edilə bilən çantalar üçün təşviqlər də daxildir.

Bəs Azərbaycanda durum necədi?

Ölkəmizdə 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan olunub. Azərbaycanda polietilen torbaların pulsuz verilməsinə isə 2023-cü il fevralın 15-dən son qoyulub. Kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Qərarda əsas hədəf təbiətə ciddi ziyan vuran polietilen torbalardan istifadənin azalmasıdır.

Dövlət Statistika Komitəsindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə polietilendən kisə və çantaların istehsalı 7916,1 ton olub.

Bu cür paketlərin ödənişli satışından etibarən onların istifadəsində azalmanın olub-olmaması, hazırda orta statistik ailənin il ərzində təqribi nə qədər polietilen paket istifadə etdiyi kimi suallarımız isə cavabsız qalıb.

"Sorğu olunan digər məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilər siyahısına daxil deyildir", - Komitədən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Teleqraf-a açıqlamasında deyib ki, Dövlət Statistika Komitəsinin hesabatlarına görə, ildən-ilə ətraf mühitə atılan tullantıların həcmi artmaqdadır.

"Məlumata görə, əgər 2009-cu ildə istehsal və istehlak tullantılarının adambaşına düşən həcmi 256 kq olubsa, 2023-cü ildə bu rəqəm 405 kq olub. 2022-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 6,3 dəfə artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Aparılan tədbirlərə baxmayaraq son 5 ildə plastik qablaşdırmanın idxalı azalmamış, bütün plastiklərin idxalı isə 3 dəfədən çox artıb. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır", - o əlavə edib.

Mövzu ilə bağlı Teleqraf-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov polietilen torbaların digər plastik tullantılarla müqayisədə daha təhlükəli olduğunu bildirib.

Onun sözlərinə görə, onlar daha yumşaq və asan parçalana bilirlər.

"Buna görə də rahatlıqla mikroplastiklərə çevrilirlər. Daha sonra isə onların idarə olunması çox çətin olur. Çox kiçik hissələrə parçalandıqda onları toplamaq, zərərsizləşdirmək mümkünsüz olur, bəzən isə tapmaq mümkün olmur. Həmçinin onlar yumşaq olduğu üçün vəhşi heyvanların orqanizminə asanlıqla düşə bilirlər. Bəzən insanlar polietilenləri qida qalığı ilə birlikdə atdıqlarına görə, vəhşi heyvanlar onları yeyirlər. Dənizə atdıqda isə dənizdə olan heyvanlar da yeyirlər. Məsələn, dənizdə yaşayan bəzi heyvanların hərəkət orqanlarına daxil olub iflic edə bilirlər", - R.Abbasov əlavə edib.

Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli son 30 ildə plastik tullantıların miqdarının çoxaldığını bildirib.

“Məsələn, 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1% idi. İndi isə bu rəqəm 12%-dən çoxdur. Bir çox Avropa ölkələri polietilen torbalardan, plastik qablardan imtina etməyə qərar veriblər. Azərbaycanda da onkarın istifadəni azaltmaq üçün kiçik həcmli torbalar ödənişli edilib. Bəzi tənqidçilər bunun heç bir effektinin olmadığını iddia ediblər. Ekspertlər isə bunun faydasının olduğunu və son illər həmin torbalardan istifadənin xeyli azaldığını bildiriblər. İnsanlar kağız torbalara, həsir, parça kimi çantalara keçsələr, yaxşı olar.

Xatırlayıram ki, 40 il bundan əvvəl hər evdə həsir çantalar olurdu. Albalı, üzüm, çiyələk, şaftalı kimi tez əzilən meyvələr həsir çantalarda daşınırdı. İnsanlar alış-verişə gedəndə həsir, parça çantalardan istifadə edirdilər. Heç kimdə də psixoloji narahatlıq, kompleks yaranmırdı”, - o əlavə edib.

Polietilen torbalarda saxlanılan məhsullar təhlükə yaradır

O, kağız torba və həsir, parça çantaların polietilen torbalardan fərqli olaraq daha təhlükəsiz olduğunu deyib:

“Ekspertlərin rəyinə görə, polietilen torbalar onlarda daşınan və ya saxlanan məhsulun keyfiyyətinə təsir edir. Bu zaman bakteriyalar yığılır, bu da insan orqanizmi üçün çox təhlükəlidir. İndi insanlar asan, rahat yaşamağa meyl edir, buna görə də heç kim üzərində qab gəzdirmək istəmir. Polietilen torbalar isə daha asandır, amma heç kim onun təhlükəsini düşünmür. Bu torbalar, plastik qablar torpaqda yüz illərlə çürümür, bu da ekosistemə ziyandır. Torpağın altında yaşayan mikroorqanizmlər üçün böyük təhlükə yaradır. Okeanlar böyük bir mikroplastik tullantı arealına çevrilib. Bunların sayı azaldılmalıdır. Bəzi Avropa ölkələrində bunların istehsalı məhdudlaşdırılıb. Azərbaycanda da məhdud edilsə, yaxşı olar. Doğrudur, məişət tullantılarının təkrar emalını təşviq edirik, çünki bu yeni iş yerlərinin açılması, tullantıların düzgün idarə olunmasına xidmət deməkdir”.

Polietilendən imtina üçün təşviqat aparılmalıdır

E.Cəfərli, ümumiyyətlə, təbiətə zərərli olan belə məhsulların istehsalının minimuma endirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəlki dövrə qayıdıb, bu torbalardan imtina etmək lazımdır:

“Kağız torbalara, həsir, parça çantalara keçmək üçün təşviqat işləri aparılmalıdır. Cəmiyyətdə ictimai fəallar, ekokönüllülər gənclər arasında polietilen torbaların zərərini izah edən fləş-mob keçirsinlər, sosial çarxlar çəkilsin. Tanınmış jurnalistlər, sənətçilər, məşhur şəxslər ekoçantaların reklamını edə bilərlər. Bu təkcə medianın işi deyil, televiziyalar da bununla bağlı sosial çarxlar hazırlasınlar. Bunlar insanların düşüncəsinə müsbət təsir edər.

Son illər Azərbaycanda bununla bağlı addımlar atılır. Məsələn, bərk məişət tullantılarının emalı müəssisəsi yaradılıb. Əvvəllər məhəllələrdə polietilen torbalar havada uçuşurdu, indi isə bunun şahidi olmuruq. Aidiyyəti qurumlar tərəfindən vaxtında təmizlənir, təkrar emal məntəqələrinə verilir. Bu yaxınlarda Abşeron Milli Parkının ərazisinə daxil olan Şah dili ərazisində oldum və orada böyük bir ərazidə bir dənə belə polietilen torba görmədim. Deməli, bir ərazini qoruyanda nəticə almaq olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri