Icma.az
close
up
RU
Bundesverin üç hərbçisi İsrail ilə Hamas arasında atəşkəsə nəzarət missiyasında iştirak edəcək

Bundesverin üç hərbçisi İsrail ilə Hamas arasında atəşkəsə nəzarət missiyasında iştirak edəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 18 oktyabr, AZƏRTAC

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) üç hərbçisi İsraildə Qəzza üçün razılaşdırılmış atəşkəsə nəzarət prosesində iştirak edəcək.

AZƏRTAC “Tagesscshau” xəbər xidmətinə istinadla bildirir ki, iki qərargah zabiti və bir briqada generalı İsrail ilə Hamas arasında əldə olunan atəşkəsə nəzarətə dəstək verəcəklər.

Silahsız missiya çərçivəsində hərbçilərin İsrailin cənubunda yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzində (CMCC) fəaliyyət göstərəcəkləri nəzərdə tutulur. ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərəcək bu mərkəz hələ formalaşdırılma mərhələsindədir. Ümumilikdə, mərkəzdə 200 hərbçinin xidmət etməsi planlaşdırılır.

CMCC-nin vəzifələrinə İsrail ilə Hamas arasındakı atəşkəsə nəzarət, müharibədən qalan təhlükələrin aradan qaldırılması və Qəzza zolağına humanitar yardımın əlaqələndirilməsi daxildir. Bundan əlavə, mərkəz vasitəsilə beynəlxalq sabitlik qüvvəsi adlandırılan birləşmiş qüvvənin təlimi və logistik dəstəyi də əlaqələndiriləcək. ABŞ-ın sülh planına əsasən, bu qüvvə birbaşa Qəzza zolağında fəaliyyət göstərəcək, Həmasın planlaşdırılmış şəkildə tərk-silah olunmasını təmin edəcək və təhlükəsizliyi qoruyacaq. Həmçinin sabitlik qüvvəsinin üzvləri fələstinli polisin təlimində iştirak edəcəklər.

Almaniya hökuməti Qəzza üçün təciliyardım və yenidənqurma planlarına dəstək göstərəcəyini bəyan edib. İqtisadi əməkdaşlıq və inkişaf naziri Reem Alabali-Radovan bildirib ki, Almaniya Qəzza zolağı üçün azı 200 milyon avro məbləğində təcili yardım ayıracaq. Bundan əlavə, Almaniya Misirlə birgə Qəzzanın yenidən qurulmasına dair beynəlxalq konfrans təşkil etmək niyyətindədir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri