Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Tikinti sektorunda yeni dələduzluq (Video)

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

Böyük Türk ailəsinin yeni erası

Böyük Türk ailəsinin yeni erası

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn ay Azərbaycanda keçiriləcək TDT liderlər sammiti bu təqvimə yeni səhifə yazacaq

Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasının siyasi inteqrasiyası və regional iştirakı baxımdan getdikcə önəmli aktora çevrilir. Təşkilatın ideya və strukturunun formalaşmasında isə Azərbaycanın fəal rolu danılmazdır. Tarixi, mədəni, dil və etnik bağlılıq türk dövlətlərini bir arada saxlayan əsas sütunlardır. Ölkəmiz bu birliyin həm coğrafi, həm strateji, həm də diplomatik baxımdan lokomotividir. Azərbaycanın təşəbbüsləri – xüsusilə Türk dünyasında nəqliyyat və enerji dəhlizlərinin inkişafı, mədəni və humanitar layihələrin genişlənməsi – TDT-nin real əməkdaşlıq platformasına çevrilməsini sürətləndirir.

Sentyabrın 29-da Bakıda “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda panel müzakirə keçirilib. Konfrans TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirərək müasir qlobal təhlükəsizlik şəraitində təşkilatın rolunu, imkanlarını və qarşıda duran çağırışları analiz etməyə həsr olunub. Panelin əsas gündəliyi siyasi təhlükəsizliyin qeyri‐müəyyənliklərinin artdığı bir dövrdə TDT-nin qlobal sülh və sabitliyə necə töhfə verə biləcəyi idi. Mövzu çərçivəsində həm strateji, həm texnoloji, həm də humanitar təhlükələr müzakirə edildi. Konfransda Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan ekspertlər, alimlər, strateji düşüncə institutlarının nümayəndələri iştirak edirdilər.

Türk dövlətlərinin yerləşdiyi geniş Avrasiya məkanı – Qafqazdan Mərkəzi Asiyaya, Anadoludan Xəzərin şərq sahillərinə qədər uzanan strateji coğrafiya – nəqliyyat, enerji və mədəni-humanitar əlaqələr üçün misilsiz imkanlar yaradır. Bu coğrafiya dünyanın ən mühüm ticarət marşrutlarının kəsişməsində yerləşir və faktiki olaraq Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şərq–Qərb dəhlizi kimi layihələr region dövlətləri arasında diplomatik və siyasi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu layihələr həm də yeni reallıqlar fonunda risklərin kollektiv qiymətləndirilməsini, təhlükəsizlik infrastrukturunun müasirləşdirilməsini tələb edir. Çünki nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də siyasi məsələdir. Bu baxımdan türk dövlətlərinin birgə hərəkəti vacibdir: logistika zəncirlərinin qorunması üçün birgə monitorinq sistemlərinin yaradılması, sərhəd-keçid prosedurlarının rəqəmsallaşdırılması və təchizat xətlərinin diversifikasiyası prioritetdir.

Sülh təşəbbüsləri də bu strateji xəttin ayrılmaz hissəsidir. Azərbaycan və Ermənistan arasında avqustun 9-da Vaşinqtonda imzalanmış Birgə Bəyannamə region üçün fundamental dönüş nöqtəsi sayılır. Sənəd Cənubi Qafqazda 30 illik münaqişədən sonra ilk dəfə real və davamlı sülh perspektivini təmin edir. Sülhün bərqərar olması nəqliyyat kommunikasiyalarının tam bərpasına, Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasına və Orta Dəhlizin tranzit potensialının 50 faizdən çox artmasına şərait yaradır. Eyni zamanda, Xəzərdən Avropaya uzanan “yaşıl enerji” kabeli layihəsinin təhlükəsiz icrası üçün sabit mühit təmin edir. Bu isə Avropanın enerji bazarında Azərbaycanın payını əhəmiyyətli dərəcədə yüksəldir.

Konfransda müzakirə olunan bütün mövzular bir məntiqi xətt üzrə göstərdi ki, Türk Dövlətləri Təşkilatı yalnız ideya və ortaq mədəniyyət birliyi deyil, həm də konkret siyasi, iqtisadi və təhlükəsizlik mexanizmləri olan təsirli regional aktordur. Təşkilatın üzv dövlətləri arasında inteqrasiya, həmrəylik və strateji koordinasiya, xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələr, həm iqtisadi inkişaf, həm də siyasi sabitlik üçün mühüm zəmin yaradır. TDT-nin gücü real addımların icrasında, risklərin birgə qiymətləndirilməsində və pilot layihələrin həyata keçirilməsindədir. Təşkilat Mərkəzi Asiyanı, Qafqazı və Anadolunu birləşdirən strateji körpü funksiyasını yerinə yetirir, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir və Türk dünyasının qlobal siyasətdə mövqeyini daha da gücləndirir. Artıq TDT həm regional sabitlik, həm də qlobal əməkdaşlıq baxımından önəmli platformaya çevrilib və gələcəkdə bu rolun daha da genişlənməsi gözlənilir.

Gələn ay Azərbaycanın ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının liderlər sammiti Türk dünyasının ortaq problemlərini həll etmək baxımından mühüm dayanacaq olacaq. Xatırlatmaq yerinə düşər ki, hələ də türk dövlətləri arasında vahid dil və əlifba yoxdur. İlham Əliyevin öz çıxışlarında dediyi kimi, Türk dünyası bir ailədir. Ailədə isə hamı eyni dildə danışır. Beləliklə, TDT-nin növbəti görüşləri onun ətrafında birləşən ölkələrin birgə hərəkət etməsi üçün platforma rolunu oynayacaq.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri

Türk Dövlətləri Təşkilatının (TDT) builki Zirvə görüşünün Azərbaycanda keçirilməsi həm təşkilatın, həm də Azərbaycanın regiondakı artan nüfuzunun bariz göstəricisidir. Bu, TDT-nin beynəlxalq münasibətlər sistemində özünə daha ciddi yer qazandığını nümayiş etdirən mühüm hadisə kimi dəyərləndirilir. TDT-nin ən böyük üstünlüklərindən biri üzv dövlətlər arasında əməkdaşlığın bərabərhüquqluluq prinsipi əsasında qurulmasıdır ki, bu da təşkilatı digər regional platformalardan fərqləndirir və ona daha inklüziv və dayanıqlı xarakter verir.
TDT Zirvə görüşlərindən əvvəl beyin mərkəzlərinin Bakıda toplaşaraq mütəmadi görüşlər keçirməsi artıq ənənəyə çevrilib. Bu görüşlərin davam etdirilməsi təşkilatın Zirvə görüşlərinin yekun bəyannamələrində dövlət və hökumət başçıları tərəfindən rəsmi tapşırıq kimi təsbit olunub. İndiyədək 10 belə görüş və konfrans keçirilib və Bakıda təşkil olunan XI konfrans həm ekspertlərin fikir mübadiləsi aparması, həm də ortaq mövqelərin formalaşdırılması üçün mühüm platforma rolunu oynayır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Türk dünyasının birliyi və inteqrasiyası Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və bu prosesdə fəal mövqe sərgiləmək, mövcud imkanlardan maksimum istifadə edərək ortaq maraqlar ətrafında müzakirələr aparmaq strateji prioritetdir.

Bəzi geosiyasi aktorlar və qüvvələr təşkilatın möhkəmlənməsini və nüfuz qazanmasını istəmir, bu məqsədlə müxtəlif kampaniyalar həyata keçirirlər. Ayrı-ayrı ölkələrin adını çəkmək istəmirəm, amma çox vaxt bu fəaliyyətlər xaricdən koordinasiya olunur. Məqsəd təşkilatın inkişafını ləngitmək, Zirvə görüşlərinin işinə mane olmaq və onun nüfuzuna xələl gətirməkdir. Xüsusilə Azərbaycan hədəfə alınıb, ölkəmizə qarşı dezinformasiya kampaniyaları məqsədyönlü və sistemli şəkildə aparılır. Əvvəllər bu, daha çox Ermənistan–Azərbaycan münaqişəsi kontekstində təqdim olunurdusa, indi Yaxın Şərqdə baş verən hadisələrlə bağlı da ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edilir. Biz buna hazır olmalıyıq.

İlham İSMAYILOV,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

Türk Dövlətləri Təşkilatı hazırda regional aktordan qlobal aktora çevrilməkdədir. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin enerji ehtiyatlarına malikdir. Bu resursların dünya bazarına çıxarılmasında TDT üzvləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələr məhz bu əməkdaşlığın nəticəsidir. Zəngəzur dəhlizi (TRIPP), Orta Dəhliz, ortaq iqtisadi layihələr, enerji təhlükəsizliyi əməkdaşlığı, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq, təşkilatın beynəlxalq səviyyədə daha nüfuzlu aktora çevrilməsinə imkan verə bilər.

İlk növbədə, Azərbaycan Qafqazda yerləşərək Avrasiya nəqliyyat dəhlizlərinin kəsişməsində duran bir dövlətdir. Zəngəzur dəhlizi (TRIPP) layihəsi həyata keçərsə, Türk dünyasını birləşdirən quru bağlantı mümkün olacaq. Bu, TDT-nin fiziki birliyinin təmin olunmasında ciddi mərhələ sayılır. Bütün bunlar Azərbaycanın həm Qərblə, həm də Türk dövlətləri ilə münasibətlərində vasitəçi və əlaqələndirici rolunu artırır.

Azərbaycanın TDT-də fəal aktor rolu oynamasında dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət dayanır. Dövlət başçımız TDT çərçivəsində vahid türk mövqeyinin formalaşması, enerji və nəqliyyat birliyi, ortaq media, mədəniyyət və təhsil institutlarının yaradılması kimi təşəbbüslərlə çıxış edir. Məhz Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturlarında fəallığı yüksəlib. Bu da Türk dünyasının beynəlxalq səviyyədə təmsil olunmasında faydalıdır. Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hərbi sahədə təcrübə və imkanlarını artırıb. TDT daxilində ortaq müdafiə və təhlükəsizlik mexanizmləri müzakirə olunarsa, Azərbaycanın hərbi təcrübəsi və modernləşdirilmiş ordusu burada mühüm rol oynaya bilər.

T.ARAZOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

28 Sentyabr 2026 05:40see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri