Icma.az
close
up
RU
Böyük Türk Ensiklopediyası yaradılmalıdır

Böyük Türk Ensiklopediyası yaradılmalıdır

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda dünya kifayət qədər gərgin bir mərhələyə qədəm qoyub. Dünya nizamının dəyişməsi dövlətlərarası münasibətlər siteminə ciddi şəkildə təsir edir, qlobal təhdidlər yeni ittifaqların yaradılmasını zərurətə çevirir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və güclənməsi aktual məsələdir və intensiv fəaliyyət tələb edir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə TDT çərçivəsində inteqrasiyanın vacibliyini önə çəkib.

Prezident İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edərkən bildirib ki, görüş bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək: “Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”.

Qeyd edək ki, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin son iclasında TDT-nin siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafındakı rolu önə çəkilib və bu istiqamədə fəaliyyətin gücləndirilməsi vurğulanıb.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyətinin iclasında çıxışı zamanı TDT-nin güclənməsinin önəminə toxunub və Böyük Türk Ensiklopediyasının hazırlanmasının ciddi əhmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qüdrət Həsənquliyev vurğulayıb ki, bu addım türk dövlətləri arasında əlaqələrin inkişafına xidmət edəcək.

“Ortaq yaddaşımızın kitabı…”

Milli Məclisin deputatı Elnarə Akimova “ Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, böyük Türk Ensiklopediyası ideyası təkcə elmi və texniki imkanların deyil, həm də milli iradənin, mədəni yaddaşın və ortaq gələcək düşüncəsinin sınağıdır. Və bu sualın cavabı əslində aydındır: bəli, bu layihə tamamilə reallaşa bilər”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” tezisi sadəcə siyasi bəyanat deyil, dərin tarixi və mədəni reallığın ifadəsidir: “Bu yanaşma Altaylardan Balkanlara, Sibirdən Aralıq dənizinə qədər uzanan geniş coğrafiyada formalaşmış ortaq dəyərlərin təsdiqidir. Türk dünyası minilliklər boyu ortaq dil qatları, mifologiya, dastanlar, dövlətçilik ənənələri və mədəni davranış kodları üzərində formalaşıb. Bu baxımdan hər bir xalq ayrı-ayrılıqda zəngin olsa da, birlikdə onlar böyük bir sivilizasiya xəzinəsini təşkil edir. Dünya təcrübəsi göstərir ki, ensiklopediyalar yalnız məlumat toplusu deyil, həm də milli kimliyin ifadə formasıdır.

Fransızların maarifçilik dövründə yaratdıqları ensiklopediyalar, Britaniyada formalaşan ensiklopedik ənənə və Çinin minilliklər boyu topladığı bilik sistemləri sübut edir ki, ensiklopediya həm də bir xalqın özünüifadə vasitəsidir. Bu mənada Böyük Türk Ensiklopediyası yalnız kitab deyil, həm də kimlik manifesti ola bilər”.

Elnarə Akimova bildirib ki, türk dünyasının zəngin irsi belə bir layihə üçün möhkəm əsas yaradır: “Orxon-Yenisey abidələrindən başlayaraq klassik ədəbiyyata, aşıq sənətindən müasir elmi nailiyyətlərə qədər uzanan geniş irs sistemli şəkildə toplanarsa, ortaya yalnız ensiklopediya deyil, bütöv bir sivilizasiya atlası çıxar. Bu atlasda hər xalqın səsi, hər bölgənin nəfəsi əksini tapar. Bu layihənin həyata keçirilməsi üçün bu gün kifayət qədər texniki imkanlar mövcuddur.

Rəqəmsal texnologiyalar, ortaq platformalar, süni intellekt və beynəlxalq elmi əməkdaşlıq bu təşəbbüsün reallaşmasını daha əlçatan edir. Lakin əsas məsələ texnologiya deyil, niyyətdir. Əgər biz həqiqətən türk dünyasını bir ailə kimi dərk ediriksə, bu ensiklopediya artıq ideya səviyyəsində mövcuddur. Bu təşəbbüs yalnız akademik çərçivədə qalmamalıdır. Bu layihə alimlərlə yanaşı müəllimlərin, yazıçıların, jurnalistlərin və ümumilikdə cəmiyyətin geniş təbəqələrinin iştirakı ilə ümumtürk hərəkatına çevrilməlidir. Çünki ensiklopediya yalnız faktların toplusu deyil, həm də ruhun ifadəsidir”.

Deputat əlavə edib ki, qloballaşma şəraitində belə təşəbbüslər xüsusi əhəmiyyət daşıyır: “Bu gün qloballaşma bir tərəfdən milli kimlikləri zəiflədir, digər tərəfdən isə onları daha güclü ifadə etməyə sövq edir. Böyük Türk Ensiklopediyası bu baxımdan türk dünyasının özünü daha aydın tanıtması üçün mühüm vasitə ola bilər. Bu, gələcək nəsillərə ünvanlanan bir mesajdır-Biz kim idik, kimik və kim olmaq istəyirik?”.

Deputat vurğulayıb ki, bu ideyanın reallaşması ortaq iradədən asılıdır: “Əgər biz doğrudan da bir ailəyiksə, o zaman bu ailənin yaddaş kitabını yazmaq bizim borcumuzdur. Bu, təkcə mədəni layihə deyil, həm də gələcəyin qurulmasına xidmət edən strateji təşəbbüsdür”.

“Vahid ensiklopediya”

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Xalq Cəbhəsi"nə açıqlamasında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə uzaqgörən siyasət həyata keçirir. 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” fikri də bu siyasətin ideoloji əsasını təşkil edir”.

Deputat bildirib ki, türk dünyasının tarixi inkişaf trayektoriyası bu gün yeni mərhələyə qədəm qoyur: “Tarix boyunca türk xalqlarının istifadə etdiyi mühüm marşrutlardan biri olan Zəngəzur dəhlizinin yenidən gündəmə gəlməsi də bu prosesin tərkib hissəsidir. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi və mədəni baxımdan türk dünyasının daha sıx inteqrasiyasına xidmət edir. Bu il Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması xüsusi əhəmiyyət daşıyır. Birinci Türkoloji Qurultay türk xalqlarının intellektual tarixində mühüm mərhələdir. Bu toplantı müxtəlif türk xalqlarını ilk dəfə vahid elmi platformada bir araya gətirdi, ortaq kimlik şüurunun formalaşmasına ciddi təkan verdi və türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin dövrdə bu ideyalar siyasi maneələrlə üzləşsə də, bu gün yenidən aktuallıq qazanır. Sovet dövründə baş verən repressiyalar bu təşəbbüslərin inkişafını əngəllədi. Lakin bu, ideyanın əhəmiyyətini azaltmadı. Əksinə, bu gün türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi ilə həmin ideyalar yeni məzmun qazanaraq reallaşmağa başlayır. Azərbaycan bu prosesdə xüsusi rol oynayır.

Qurultayın Bakıda keçirilməsi və əlifba islahatının məhz burada başlanması Azərbaycanın regional və intellektual mərkəz kimi mövqeyini təsdiqləyir. Bu gün də Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal təşəbbüslərlə çıxış edir və inteqrasiya proseslərinə mühüm töhfə verir.

Bu kontekstdə Böyük Türk Ensiklopediyasının hazırlanması xüsusi aktuallıq kəsb edir.

Türk xalqlarının keçdiyi tarixi yolun, onların zəngin mədəni və elmi irsinin vahid ensiklopediyada toplanması olduqca əhəmiyyətli olardı. Bu, yalnız elmi mənbə deyil, həm də ortaq yaddaşın sistemli şəkildə ifadəsi kimi çıxış edə bilər”.

Deputat bildirib ki, belə bir layihə genişmiqyaslı əməkdaşlıq tələb edir: “Ensiklopediyanın bir neçə dildə hazırlanması və rəqəmsal formatda təqdim olunması onun daha geniş auditoriyaya çatmasına imkan verər. Bu isə həm türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə, həm də beynəlxalq ictimaiyyətin bu irslə daha yaxından tanış olmasına şərait yaradar”.

Deputat vurğulayıb ki, bu təşəbbüs strateji əhəmiyyət daşıyır: “Türk dünyasının təkamül yolunu əks etdirən belə bir ensiklopediya yalnız tarixçilər üçün deyil, həm də müasir siyasətçilər üçün mühüm istinad mənbəyi ola bilər. Bu, gələcək nəsillər üçün də dəyərli irs kimi qorunub saxlanacaq”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri