Böyük Yaxın Şərq meqaregionu ciddi dəyişikliklər mərhələsinə qədəm qoyub
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Qafqazın daxil olduğu Xəzər-Qaradəniz regionu, Azərbaycanla birbaşa əlaqəli olan Böyük Yaxın Şərq meqaregionu ciddi dəyişikliklər mərhələsinə artıq qədəm qoyub. Əvvəl yazırdıq ki, astanasındadır, amma artıq yeni epoxal dəyişikliklər mərhələsindəyik. Azərbaycan üçün risklər və imkanlar da artır. Azərbaycan bu mürəkkəb coğrafiyada artıq periferik oyunçu deyil, proseslərə fəal təsir potensialı olan "geosiyasi qovşaq" statusundadır.
Azərbaycan üçün risklər və imkanlar da artır. İranada baş verən hadisələr ölkəni artıq əhəmiyyətli dərəcədə dəyişəcək. Bu transformasiya artıq tarixi zərurətdir. Transformasiya ssenarilərinin hanısının reallaşması bilavasitə bütün Yaxın Şərq regionu və Cənubi Qafqaza təsir göstərəcək. Azərbaycan bu prosesdən daha da güclənərək çıxa bilər. Bu istiqamətdə Bakı-Ankara koordinasiyası həyativacib əhəmiyyətə malikdir.
Azərbaycan və Türkiyə üçün İranda dünyəvi, respublika idarəetmə modelinə tədricən keçid və konstitusion islahatların həyata keçirilməsi, ölkənin daxili bütövlüyü və ərazi bütünlüyünün saxlanılması starteji vacib məsələdir. İranda bütün xalqların və soydaşlarımızın haqq və hüquqlarının təmin edildiyi, qorunduğu, milli birliyi, həmrəyliyi əsas götürən siyasi rejimin qurulması bölgəmizdə geosiyasi tarazlığı qorumaq üçün çox vacibdir. Bu dəyişiklik İranı regionda Azərbaycan və Türkiyə, həmçinin digər qonşularla konstruktiv əməkdaşlıq edən strateji tərəfdaşa çeviriləcək.
İranın tamamilə xarici idarəetmədən asılı vəziyyətə düşməsi qətiyyən yolverilməzdir. Fars millətçiliyinin yeni formada dirçəlişi qətiyyən arzuolunmazdır. Əgər xarici oyunçular bu istiqaməti seçsələr, hazırda bunun ilkin işartıları görünür, İranda uzunmüddətli sabitliyi təmin etmək mümkün olmayacaq. İranın rifahı, inkişafı fars millətçiliyi, teokratik avtoritarizm modellərindən tamamilə imtimadan ekçir. Əks halda parçalama prosesləri reallığa çeviriləcək, bütün Yaxın Şərqi partalacaq proseslər start götürə bilər. İndi 19, 20 əsr deyil, 21-ci əsrdir və müstəqil güclü Azərbaycan Respublikası tarix səhnəsində ön plandadır.
Zaur İbrahimli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü
Bu mövzuda digər xəbərlər:525ci qəzet Böyük Yaxın Şərq: Gözləmə rejimi bitdi, dəyişikliklər mərhələsi başladı
12 Dekabr 2024 12:03
FAB Yaxın Şərq və Şimali Afrika bazarlarına böyük ixraca hazırlaşır
25 Noyabr 2025 13:45
Yaxın Şərq: “Qaynayan qazan”da böyük müharibənin İŞARTILARI Yeni Çağ Media
09 Yanvar 2025 12:47
Yaxın Şərq böyük meydandır: Bakı Suriya siyasətində Ankara ilə birgə addımlayacaq
17 Dekabr 2024 09:19
“AzərbaycanQırğızıstan münasibətləri dinamik inkişaf mərhələsinə qədəm qoyub”
05 Noyabr 2024 15:02
Baxış sayı:74
Bu xəbər 09 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















