Icma.az
close
up
RU
Böyük Zəfərin ilk qığılcımı

Böyük Zəfərin ilk qığılcımı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz döyüşlərindən 6 il ötür

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də - Tovuz döyüşləri də  qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən altı il ötür. 2020-ci iil iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı.

Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra  başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı. Bununla da "qüdrətli", "yenilməz" Ermənistan ordusunun mifi darmadağın oldu.
Bu gün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə müdafiəsini və təhlükəsizliyini təmin edə biləcək güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilib.

Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta səngərləri qoyub qaçdı. Döyüşlər zamanı bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəldilər. Təcavüzkar Ermənistan cəbhədəki ağır uğursuzluğunu xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yayırdı.

Tovuz döyüşlərində ordumuzun  əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların qanları yerdə qalmadı, qisasları alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha  bildirdi: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi.
Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir.

Bəs döyüşlər zamanı acı məğlubiyyətə düçar olan Ermənistanda nə baş verirdi? Ən əvvəl hərbi rəhbərliyə itkiləri gizlətməyi tapşırılmışdı. Onlar ölkənin gənclərini Azərbaycan ərazilərinin işğalına və terrora cəlb edirdilər. Xalqının gözünə dik baxa bilməyən, ölüm və yaralılarla bağlı statistikanı gizlədən Ermənistan rəsmiləri, əslində, xalqı deyil, özlərini aldadırdılar. Əvvəlcə 2 nəfər polislə 2 nəfər əsgərin yaralandığını bildirən erməni mənbələri çox keçmədi ki, yüzdən çox əsgər və zabitin öldürüldüyü və yaralandığı barədə xəbərləri tirajladılar. 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt əməliyyatları zamanı yaşadıqları xof yenidən başlarının üstünü kəsdirdi, "erməni xəstəliyi"nin simptomları özünü yenidən göstərdi. Onlar yenidən "yazıq", "məzlum" maskalarını geyinərək dünyaya haray-həşir salıb yardım istədilər. Tovuz rayonu ilə sərhəddə yaşayan ermənilər müxtəlif yollarla qaçıb canlarını qurtarırdılar.

Həmin günlər Azərbaycan xalqı isə ayaqda idi, hər kəs döyüşmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması hamıda döyüşkənlik əhval-ruhiyyəsi yaratdı. Düşmən onu da gördü ki, Azərbaycan Ordusunun generalları və zabitləri öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları ruhlandırır və şəxsi nümunə göstərirlər. Əsgər valideynləri fəxr edirdilər ki, onların övladları Vətən, torpaq uğrunda döyüşür, düşməndən şəhidlərimizin qisasını alırlar.

 Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan və İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss olunmağa başladı.

Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını Ermənistanın hərbi ekspertləri də etiraf etdilər. Ermənistanın yüksək rütbəli zabiti Arkadi Ter-Tadevosyan İrəvandakı "İmpuls 106.5 FM" radiosuna verdiyi müsahibəsində bildirirdi ki, Azərbaycan Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı. Onlar Ermənistanın bəzi hərbi obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük üstünlüklər qazanmağı bacaracaqlar. Bu və ya digər ağır nəticələrə görə deyə bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir.

Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda  mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi...

Bəli, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt əməliyyatı Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımları idi...

Müşfiq MİRZƏ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see352

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see350

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see286

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see281

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see236

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see234

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see227

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see209

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see193

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see193

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see192

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see185

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see182

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see182

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see178

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see172

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see171

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see170

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri