Boz kardinalla bağlı qərar verildi: Hökumətin ümidi o şəxsədir
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Gürcüstanın hakim partiyasının qurucusu, ölkənin “faktiki rəhbəri” adlandırılan Bidzina İvanişviliyə maliyyə sanksiyası tətbiq edib. Oliqarxın ABŞ ərazisindəki mal varlığı və aktivləri dondurulub.
Sanksiya qərarı İvanişvilinin Gürcüstan Konstitusiyasına və gürcü xalqının iradəsinə zidd olaraq Rusiyanın maraqlarını həyata keçirməsi ilə əsaslandırılıb. Bundan əvvəl Ukrayna və bir sıra Qərb ölkələrinin də Tbilisiyə, o cümlədən bəzi hökumət rəsmilərinə qarşı sanksiya tətbiq edəcəyi açıqlanıb.
Vaşinqton bu yolla nəyə nail olmağa çalışır? Gürcüstan hökumətinə qarşı kəskin münasibət nə ilə nəticələnəcək?
Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, ABŞ-ın Bidzina İvanişviliyə birbaşa sanksiya tətbiq etməsi hazırkı Prezident Co Bayden administrasiyasının qərarıdır:
“Bayden Administrasiyası ABŞ-ın Gürcüstandakı təsir gücünü qorumaq üçün əlindən gələni edir. Bu istiqamətdə iqtidara təzyiq göstərilir. Lakin əsas məqsəd yeni seçilmiş prezident Donald Tramp dövründə Vaşinqtonun Tbilisi ilə bağlı siyasətdə manevr imkanını daraltmaqdır. Bu, əlbəttə kifayət qədər ciddi addımdır, lakin nə Bidzina İvanişviliyə, nə də hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasına mühüm təsiri olacaq. Çünki hakim partiya Tramp administrasiyasına böyük ümid bəsləyir. Yəni onun hakimiyyətə gəlişi sonrası problemlərin bitməsi gözlənilir.
Trampın Gürcüstan ilə bağlı mövqeyinin necə olacağı hələlik bəlli deyil. Lakin əgər o da Baydenlə eyni cür yanaşma sərgiləyərsə, bu zaman Tbilisi ilə Vaşinqton arasında münasibətlər zədələnə bilər”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:89
Bu xəbər 28 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















