Icma.az
close
up
RU
BP AGT rəhbərliyində yeni təyinatlar oldu

BP AGT rəhbərliyində yeni təyinatlar oldu

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

BP Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.

Qaynarinfo "BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.

Yeni vəzifəsində Ç. Hacıyev BP-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini BP-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə BP-nin qlobal komandasını təmsil edəcək.

Hazırda Ç. Hacıyev Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində BP-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.

Ç. Hacıyev BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və "Azəri-Çıraq-Günəşli” üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.

Ç. Hacıyev Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var. Ailəlidir, iki övladı var.

Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilat üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə Stüart BP-nin London ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.

Yeni vəzifəsində S. Şou AGT regionunun biznes rəhbərliyinin üzvü olacaq.

Hazırda S. Şou BP Qrupunun hasilat, inteqrasiya və transformasiya üzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilat strategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatı idarəetmə bölümünə rəhbərlik və BP-nin qlobal biznesləri üzrə hasilatın optimallaşdırılması və yüksək standartların təmin edilməsi daxildir.

S. Şou BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.

Hazırkı vəzifəsindən əvvəl S. Şou BP-nin Şimalı Afrika biznesində hasilat üzrə vitse-prezident vəzifəsində çalışıb.

S. Şounun Mançester Universitetindən magistr dərəcəsi var.

Ailəlidir, iki övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri