bp nin Azərbaycandakı fəaliyyəti, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 19 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb. Qeyd olunub ki, ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir.
Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə bp arasında əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsi baxımından önəm kəsb etdiyi bildirilib. bp-nin ölkəmizdə həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqinin önəmi qeyd edilib.
Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















