Icma.az
close
up
RU
bp nin istedadlara təhsil dəstəyi

bp nin istedadlara təhsil dəstəyi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

bp şirkəti “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları adından Azərbaycan üçün yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədi daşıyan növbəti təhsilyönümlü sosial layihəni uğurla başa çatdırıb. Təşəbbüs bp və tərəfdaşlarının dünya səviyyəli bilik və bacarıqların formalaşdırılmasına töhfə verməklə ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.

Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 30 istedadlı Azərbaycan gəncinə beynəlxalq universitetlərə qəbul prosesinin bütün mərhələlərini əhatə edən hərtərəfli dəstək göstərilib. Proqramın iştirakçıları öz akademik göstəriciləri, ingilis dili bilikləri və xaricdə ali təhsil almaq potensialları əsasında seçiliblər.

Proqram çərçivəsində tələbələrə 50-dən çox qrup və fərdi dərslərdən ibarət hazırlıq kursları təklif olunub. Bu kurslar onların IELTS, SAT, TOEFL, Duolingo, GRE və GMAT daxil olmaqla, dünyanın aparıcı universitetlərinə qəbul üçün tələb olunan imtahanlara hazırlaşmasına kömək edib. Bununla yanaşı, iştirakçılara universitet seçimi, qəbul üçün müraciət sənədlərinin hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması, eləcə də təqaüd imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsləhət və istiqamətləndirmə xidmətləri də göstərilib.

Hazırda yekun nəticələr tam məlum olmasa da, layihə iştirakçılarının hamısı artıq ən azı bir xarici universitetdən qəbul təklifi alıb. Onlardan 15-i bakalavr, digər 15-i isə magistr pilləsi üzrə müraciət edib. Ümumilikdə isə, iştirakçılar dünyanın 17 ölkəsində yerləşən 52 universitetdən, təxminən, 120 qəbul təklifi alıblar. Bu universitetlər sırasında “University College London”, “National University of Singapore” və “University of California, Berkeley” kimi nüfuzlu beynəlxalq ali təhsil müəssisələri də var. Əldə olunan bu yüksək nəticələr həm tələbələrin akademik potensialının, həm də layihə çərçivəsində onlara göstərilən dəstəyin keyfiyyətinin göstəricisidir.

Layihənin uğurla başa çatmasını və iştirakçıların nailiyyətlərini qeyd etmək məqsədilə keçirilən tədbirdə tələbələrə proqramı uğurla başa vurmalarına dair sertifikatlar təqdim olunub və onlar öz gələcək təhsil planları və hədəfləri barədə fikirlərini bölüşüblər.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Dörd ildir qürurla dəstəklədiyimiz bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Burada əsas məqsəd yerli istedadlı gənclər üçün onların gələcəklərini formalaşdıracaq və dünyagörüşlərini genişləndirəcək beynəlxalq təhsilə çıxış imkanları yaratmaqdır. İndiyədək əldə olunan nəticələr göstərir ki, uğurun yolu istedad, zəhmət və əzmkarlığın lazımi dəstək və imkanlarla birləşdirilməsindədir. Bu gün milli kadr potensialının inkişafına sərmayə qoymaqla, yeni nəsil mütəxəssislərin Azərbaycanın dayanıqlı gələcəyinə layiqli töhfə verməsi üçün onların zəruri bilik və bacarıqlara yiyələnməsinə, eyni zamanda, qlobal baxışlarını genişləndirməsinə dəstək veririk”.

Qeyd edək ki, 12 ay davam edən bu layihə bp və tərəfdaşlarının 150 min manat (88 min 235 ABŞ dolları) məbləğində maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə yerli “ROOF Academic Training” təşkilatı tərəfindən icra olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri