Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

BP nin Azərbaycan tarixinin araşdırılmasına dəstəyi

BP nin Azərbaycan tarixinin araşdırılmasına dəstəyi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BP şirkəti ölkəmizin tarixinə həsr olunmuş geniş və əhatəli 2 tədqiqat əsərini ictimaiyyətə təqdim edib. Şirkətin bu layihəyə dəstəyi Azərbaycanın tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovun müəllifi olduğu “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlanan kitablarda ilk dəfə olaraq qədim və orta əsrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədəni təhlili ilə bağlı elmi araşdırma mətnləri toplanıb. Xəritələrin elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əks etdirən tarixi faktlara və sübutlara əsaslanır. Ümumilikdə, 564 səhifədən ibarət olan bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək məqsədilə Azərbaycan və ingilis dillərində nəşr olunub.

Kitablar ətraflı kartoqrafik təhlili tarixi və etnoqrafik sənədlərlə birləşdirən yenilikçi bir tədqiqat işidir. Bu unikal yanaşma oxuculara Azərbaycanın tarixi mənzərəsinin canlı və dəqiq təsvirini təqdim edir, ərazinin və ətraf regionların coğrafi və mədəni təkamülü vasitəsilə xalqın etnik mənsubiyyəti haqqında dolğun təsəvvür yaradır. Tarixi xəritələrin və sənədlərin təfərrüatlı təhlili Azərbaycanın tarixi coğrafiyasının əhatəli və dəqiq təsvirini formalaşdırır.

Təqdimat mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik. Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın – Azərbaycan türklərinin tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq.”

Bakı Kitab Mərkəzində keçirilmiş təqdimat mərasimində tanınmış tarixçilər, alimlər, tədqiqatçılar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat işinin əhəmiyyətini qeyd edərək müəllifin metodologiyası və yanaşmasının ölkənin və bütövlükdə, regionun qədim dövrlərdən başlayaraq keçdiyi tarixi və coğrafi təkamül yollarının araşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, ümumi dəyəri 178 min 540 AZN (105 min ABŞ dolları) təşkil edən layihə “TEAS Press” Nəşriyyat Evi tərəfindən yerinə yetirilib. BP şirkəti sözügedən tədqiqat əsərlərini kitabxanalara, universitetlərə, eləcə də aidiyyəti elmi-tədqiqat institutlarına hədiyyə edəcək.

Yeri gəlmişkən, Azərbaycanda neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısı olan BP şirkəti, həm də ölkəmizdə fəaliyyət göstərdiyi 33 il ərzində geniş sosial sərmayə proqramı icra edib. Şirkət əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələri əhatə edən sosial sərmayə proqramına indiyədək, ümumilikdə, 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

BP-nin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə onların həyatını yaxşılaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri