Icma.az
close
up
RU
BP nin sponsorluq etdiyi layihədə s

BP nin sponsorluq etdiyi layihədə s

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bir ölkədə elmin inkişafı üçün ən vacib şərtlərdən biri dünya elmi ədəbiyyatının yerli dilə keyfiyyətli və düzgün şəkildə tərcümə edilməsidir.

Son illər BP Azərbaycan tərəfindən maliyyələşdirilən bu istiqamətdəki tərcümə layihələri ölkəmizin elmi mühitinə real töhfə vermək baxımından çox dəyərlidir.

Bu gün, Four Seasons otelində Biznes və İqtisadiyyat üçün Statistika, Ekonometrikaya Giriş, Korporativ Maliyyə, İqtisadi idarəetmə və Strategiya, Statistik Nəticə Çıxarma kimi beş fundamental kitabın təqdimat mərasimi keçirilib.

Kitablar TEAS Press tərəfindən nəşr edilib və BP tərəfindən ölkə universitetlərinə hədiyyə olunacaq.

Amma bu vacib və dəyərli layihə çox ciddi bir məsuliyyətsizliklə ləkələnib.

Ekonometrikaya Giriş kitabının nəşrində əsl tərcüməçi heyətinin adları bilərəkdən və ya səhlənkarlıq nəticəsində saxtalaşdırılıb.

Bunları Gununsesi.info -ya kitabın həqiqi tərcüməçilərindən biri olan iqtisad elmləri üzrə fəlsəfə doktoru Nicat Qasım deyib.

O, daha sonra əlavə edib:

“Kitabın həqiqi tərcüməçiləri — Nicat Qasım və adının çəkilməsini istəməyən digər tərcüməçilər olduğu halda, nəşrdə tam fərqli şəxslərin — Heyran Əliyeva, Murad Yusifov və Dinar Həmidova — adları yazılıb. Halbuki bu şəxslər ümumiyyətlə Ekonometrikaya Giriş kitabının tərcümə prosesində iştirak etməyiblər. Onlar tamamilə başqa kitabın — Biznes və İqtisadiyyat üçün Statistika kitabının tərcümə heyətidir.

Burada məsuliyyət birbaşa nəşriyyatın üzərindədir. Çünki kitabın üz qabığında, redaktə və dizayn mərhələlərində tərcüməçilərin adlarını yoxlamaq və təsdiqləmək nəşriyyatın borcudur. Bu borcun yerinə yetirilməməsi nə “xırda texniki səhv”dir, nə də “gözardı ediləcək məsələ” — bu, akademik etikanın və müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır.

Mən bu kitabın tərcüməsində iştirak edərkən, öz doktorantura tədqiqatımı riskə ataraq, vaxtımı və elmi resurslarımı bu layihəyə həsr etmişəm. Lakin nəticədə mənim və komanda yoldaşlarımın əməyinə başqa şəxslərin adı yazılıb, bu isə açıq-açıq əməyin oğurlanmasıdır.

Bu kitablar illərlə ölkənin aparıcı universitetlərində əsas dərs vəsaiti kimi istifadə olunacaq. Minlərlə tələbə bu kitablarla oxuyacaq, onlardan öyrənəcək, bəziləri gələcəyin alimləri, iqtisadçıları və müəllimləri olacaq. Amma bu tələbələr əsl tərcüməçiləri deyil, tamamilə başqa şəxslərin adlarını müəllif kimi görəcəklər. Bu, yalnız bir neçə insanın haqqının tapdanması deyil — bu, bütün elmi mühitdə saxtakarlığın leqallaşdırılmasıdır. Akademik etikanın pozulması gələcək nəsillərə ötürülən yanlış tarixdir.

Ona görə də tələb edirəm:

TEAS Press dərhal rəsmi düzəliş bəyanatı versin və ictimaiyyət qarşısında üzr istəsin;

Kitabın növbəti tirajlarında doğru tərcüməçi adları qeyd olunsun, artıq çap olunan nüsxələrə isə rəsmi əlavələr daxil edilsin;

Bu məsuliyyətsizliyə yol verən şəxslər daxili intizam tədbirlərinə cəlb edilsin;

Gələcək nəşrlərdə müəllif hüquqları və tərcüməçi adlarının qorunması üçün müstəqil yoxlama və təsdiq mexanizmi qurulsun.

Nəşriyyat elmi əsərlərin etibarlılığına zəmanət verən tərəfdir. Əgər nəşriyyat bu missiyanı yerinə yetirmirsə, bu cür layihələr elmi inkişaf yox, elmi dəyərlərin deqradasiyasına xidmət edir.

Mən bu məsələni hüquqi və ictimai müstəvidə sonadək izləyəcəyəm. Kimsə mənim və komandamızın əməyini mənimsəyərək imic qazanmaya və ya adını tarixə yazdıra bilməz.

Bu hadisə yalnız bir ad səhvi deyil — bu, akademik dəyərlərin ayaqlanmasıdır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:531
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri