Icma.az
close
up
RU
İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ordusu ABŞ hərbi qulluqçularının Yaxın Şərqdəki bazalarda fəaliyyət məlumatlarını toplamaq üçün "Strava" təlim tətbiqinin ictimaiyyətə açıq məlumatlarından istifadə edə bilər. Məlumata görə, Amerika hərbçiləri fiziki hazırlıq məlumatlarını öz adları ilə yerləşdirir və bu da düşmənlərə hava bazalarındakı gündəlik iş rejimi, yerləşdirmə və hərəkət qaydası haqqında məlumat toplamağa imkan verib.
İranın ABŞ hərbçilərinin “Strava” kimi tətbiqlərdə paylaşdığı açıq məlumatlardan istifadə etməsi Yaxın Şərqdə ABŞ-İran qarşıdurmasının informasiya və kəşfiyyat müstəvisində dərinləşdiyini göstərirmi?
Demokrat.az-a bu barədə açıqlama verən siyasi ekspert Çingiz Şahbazi qeyd edib ki, ABŞ-İran qarşıdurmasının əsas cəbhələrindən biri də açıq mənbələrdən əldə olunan məlumatlarla bağlı kəşfiyyat xarakterli, kommersiya məlumatlarıdır:

“Bu məlumatlar rəqəmsal olaraq toplanır və izlənir. Bu baxımdan ABŞ hərbçilərinin “Strava”da qaçışlarının paylaşılması bu istiqamətdə tək bir hadisə kimi qeyd edilməməlidir. Çünki bu kimi hallar kifayət qədər çoxdur və qarşı tərəf bu mənbələrdən istifadə etmək imkanı əldə edir. Amma İranın zərbələr vurmaq üçün “Strava” məlumatlarından istifadə etməsi ilə bağlı konkret fakt və bu istiqamətdə sübut yoxdur. Bu, sadəcə olaraq kəşfiyyat xarakterli məlumat deyil, həmçinin İran bundan siyasi məqsədlər üçün də istifadə edir. Əslində isə burada problem nədir? Yaxın Şərqdə ABŞ hərbi obyektlərinin həm daxilində, həm də ətrafında 1300-dən çox “Strava” istifadəçisi var və onlar məşq məlumatlarını yerləşdiriblər. Burada bir çox profillər real adlara bağlıdır. Bu da “filankəs filan yerdədir” məlumatını əldə etmək imkanı verir. Daha sonra hansı saatlarda nə kimi hərəkətlərin daha çox intensivləşdiyi, hansı şəxslərin eyni marşrutlardan təkrar-təkrar istifadə etdiyi, hansı obyektlərdə şəxsi heyətin dəyişməsi, hansı günlərdə və saatlarda aktivliyin artması və azalması, xəritələrdə çaşqınlıq yaradan obyektlərin real təsdiqi və sair kimi məlumatların əldə olunmasına kifayət qədər faydalı ola bilər”.
Ekspert “Strava” paylaşımının zəif kəşfiyyat məlumatı kimi qəbul edilə biləcəyini deyib:
“Amma yüzlərlə belə məlumat kəşfiyyat imkanlarını dərinləşdirir. Doğrudur, İran “Strava” məlumatları ilə ABŞ-nin gizli hərbi sisteminə daxil olmaya bilər, amma ABŞ üçün bütün bunları ciddi təhlükə kimi qiymətləndirmək olar. 2018-ci ildə də “Strava” məlumatları üzə çıxmışdı və o zaman ABŞ Müdafiə Nazirliyi məlumatların və bazaların fəaliyyətinin müəyyənləşməsi və üzə çıxarılmasını qəbul etmişdi. Deməli, 2026-cı il təhlükəsi yeni deyil. Bu, sadəcə, köhnə məsuliyyətsizliyin real müharibə şəraitində daha təhlükəli mərhələyə keçməsidir. Bu barədə ABŞ Müharibə Nazirliyi hərbçilərə dəfələrlə müraciət edib və son müraciət keçən ayın sonunda edilib. Onlara mobil telefonlar vasitəsilə çəkdikləri və internetdə paylaşdıqları videoların İranın ABŞ bazalarına zərbələri dəqiqləşdirməsinə kömək edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Bu baxımdan, İran üçün bu mənbələr hədəfi tapmaqdan daha çox, hədəfin davranışını dəqiqləşdirmək və proqnozlaşdırmaq məqsədilə istifadə olunur və bunun İran üçün hərbi əhəmiyyəti var. Bu baxımdan, “Strava” məlumatları hadisəsi ABŞ-İran müharibəsinin vacib, həmçinin raketlər və dronlar qədər görünməyən rəqəmsal cəbhəsini nümayiş etdirir”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:632
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri