Icma.az
close
up
RU
BP “Şahdəniz”də yeni platformanın tikintisi layihəsi üzrə FID in təsdiqlənməsini gözləyir

BP “Şahdəniz”də yeni platformanın tikintisi layihəsi üzrə FID in təsdiqlənməsini gözləyir

Icma.az, Report.az saytına istinadən bildirir.

“BP-Azerbaijan” şirkəti 2025-ci ilin sonuna qədər “Şahdəniz” yatağında "Shah Deniz Compression" (SDC) pilotsuz kompressor platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının (FID) qəbul edilməsini gözləyir.

“Report” xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

"BP şirkəti SDC platformasının tikintisi layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSTQ) hesabatını hazırlayıb. Sənəd 60 gün ərzində ictimai müzakirəyə açıq olacaq, daha sonra edilmiş qeydlər nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. Sənəd Azərbaycan hökuməti tərəfindən təsdiqləndikdən sonra layihənin həyata keçirilməsi üzrə yekun investisiya qərarı qəbul ediləcək. FID-in cari ilin ikinci yarısında, ilin sonuna yaxın qəbul ediləcəyi gözlənilir", - T.Bayatlı bu gün Bakıda ƏMSTQ hesabatı ilə bağlı ictimai dinləmələrdə bildirib.

O əlavə edib ki, FID qəbul edilənə qədər layihənin dəyəri, podratçılar və tikinti meydançaları müəyyən ediləcək.

Qeyd edək ki, ƏMSTQ hesabatında ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti haqqında məlumat, həmçinin layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə bağlı proqnozlar verilib, ətraf mühitə və əhaliyə potensial təsirin minimuma endirilməsi və azaldılması üzrə tədbirlər təsvir edilib.

Sənəddə qeyd olunur ki, SDC platforması dənizdə texniki xidmət yükünü minimuma endirmək üçün sadələşdirilmiş elektriklə çalışan Əsasən Heyətsiz Qurğu (eƏHQ) platformadır. Platformadan soyuducu su, çirkab və məişət suyu, lay suyu və ya yanğın suyu/yanğınsöndürmə köpüyü axıdılmadığından, belə təsir mənbələri çox məhduddur. Bundan əlavə, məşəldə yandırma, birdəfəlik bağlanmış drenaj xətləri və üst tikilinin ərsin buraxma avadanlıqları yoxdur.

Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan, platformadan qazma işləri aparılmayacaq.

SDC layihəsi ilə əlaqədar fəaliyyətlərin əksəriyyəti dənizdə “Şahdəniz” müqavilə sahəsində həyata keçirildiyindən, SDC layihəsi əsasən dənizdə işlənəcək. Quruda fəaliyyətlər Səngəçal terminalının sahilə qədər qurudakı seksiyasının quraşdırılması və qurudakı tikinti sahələrində dayaq blokunun, üst tikililərin və sualtı infrastrukturun tikintisi ilə məhdudlaşır. SDC layihəsi üzrə fəaliyyətlərdə də əvvəllər “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” üzrə tikinti fəaliyyətlərində istifadə edilib, quruda yerləşən eyni tikinti sahələrindən istifadə ediləcəyi gözlənilir.

Qiymətləndirmələrə görə, 2027-ci ilə qədər SDC layihəsinin tikintisində təxminən 2 600 nəfər iştirak edəcək. SDC platforması heyətsiz olacağından, istismar mərhələsi ərzində layihə ilə əlaqədar yalnız məhdud sayda texniki xidmət personalı işə götürüləcək.

SDC layihəsinin ümumi sosial-iqtisadi təsiri, o cümlədən tikinti, quraşdırma və istismara verilmə mərhələlərində iş yerlərinin yaradılması müsbət qiymətləndirilib. Emissiya mənbələri (avtonom iş, qazma, lay və soyuducu suyun atılmaması və s.) məhdud olduğuna görə quraşdırmadan sonra və istismar zamanı monitorinq nəzərdə tutulmayıb. Lakin “Şahdəniz” müqavilə zonasında regional ekoloji tədqiqatlar hər beş ildən bir aparılacaq.

Müsbət təsirlər iş yerlərinin açılması, təlimlərin keçirilməsi və bacarıqların inkişaf etdirilməsi ilə əlaqədar olmaqla və malların və xidmətlərin təchizatı yolu ilə təmin olunmaqla, qalıq ekoloji və sosial-iqtisadi təsirlərin cüzi, az və ya orta mənfi əhəmiyyətə malik olması müəyyən edilib. Hər təsirlə əlaqədar təsirazaltma və monitorinq tədbiri təqdim edilib və müzakirə olunub və bunların SDC layihəsi boyu təsirlərin etibarlı şəkildə idarə olunmasını təmin etmək üçün qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, layihəyə aşağıdakılar daxildir: elektrik enerjisi ilə işləyən pilotsuz "Shah Deniz Compression" platformasının tikintisi, mövcud "Shah Deniz Alpha" (SDA) və "Shah Deniz Bravo" (SDB) platformalarından qazın ixracı/idxalı üçün mədəndaxili sualtı qaz boru kəmərlərinin çəkilməsi və SDC-ni elektrik enerjisi ilə təchiz etmək və SDA və SDB platformalarını ehtiyat elektrik enerjisi ilə təmin etmək üçün elektrik və fiber-optik kabellərin çəkilməsi.

“Shah Deniz Compression” platforması “Shah Deniz Alpha” platformasından 10 km, “Shah Deniz Bravo” platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından hasil ediləcək qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, sonra isə “Səngəçal” terminalına daxil olacaq.

"Şahdəniz" yatağından aşağı təzyiqli ilk qazın 2029-cu ilin ortalarında alınması planlaşdırılır.

Bu layihənin həyata keçirilməsində məqsəd “Şahdəniz” yatağındakı alçaq təzyiqli qaz ehtiyatlarına giriş əldə etmək və onları hasil etmək və ehtiyatların çıxarılmasını maksimum həddə çatdırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri