BP və tərəfdaşları Mavritaniya və Seneqal şelfində qazın mayeləşdirilməsinə başlayıb
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mavritaniya və Seneqal şelfində “Greater Tortue Ahmeyim” (GTA) layihəsi çərçivəsində mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası əldə edilib.
Bu barədə “Report” layihənin səhmdarı olan ABŞ-ın “Kosmos Energy” şirkətinin məlumatına istinadən xəbər verir.
Layihənin operatoru 56 % paya sahib Britaniyanın BP şirkətidir, “Kosmos Energy”ə 27 %, “Petrosen”ə 10 %, SMH-a isə 7 % məxsusdur.
Neft hasilatı, saxlanması və boşaldılması üzrə qurğuya (FPSO) yataqdan qaz təchizatı 2024-cü ilin dekabrında başlayıb.
BP alıcıya (bp gas marketing ltd.) ilk LNG partiyasının ixracı üçün tankerin 2024-cü ilin birinci rübündə gələcəyini bildirib.
İllik 2,3 milyon ton LNG istehsalı üçün nəzərdə tutulmuş GTA layihəsinin birinci fazası üzrə yekun investisiya qərarı 2018-ci ilin dekabrında qəbul edilib. Qazın mayeləşdirildiyi “Gimi FLNG” üzən qurğu "Golar LNG"yə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















