Braziliya millisinin sabiq kapitanı bölgə klubunda ÖZƏL
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “İmişli” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi braziliyalı yarımmüdafiəçi Luis Fernando Junioru (Juninyo) heyətinə qatmaq istəyir. Oyunçu artıq komandanın düşərgəsindədir.
Yaxın vaxtlarda onunla müqavilə bağlanacağı gözlənilir.
Juninyo bu günə qədər ancaq ölkəsində çıxış edib. O, Braziliya “Atletiko”sunun U-20 komandasında, “Kianorte” və “Mirassol” kimi klublarda forma geyinib.
Juninyo karyerası ərzində 59 oyun keçirib və 8 qol vurub.
22 yaşlı yarımmüdafiəçi bir dönəm Braziliyanın 20 yaşlılardan ibarət millisinin üzvü olub. O, yığma komanda ilə 4 yoldaşlıq oyununda forma geyinib, birində kapitanlıq sarğısını daşıyıb.
Futbolçunun milli forma ilə aktivində bir qolu var.
Həsən Quluzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 İyul 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















