Icma.az
close
up
RU
Braziliya prezidenti ABŞ ni Qəzza zolağında soyqırımda ittiham edib

Braziliya prezidenti ABŞ ni Qəzza zolağında soyqırımda ittiham edib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına nəzarəti ələ keçirmək və bölgədə yenidənqurma işləri aparmaq niyyətindən danışaraq, açıq şəkildə anklav əhalisinin soyqırımını elan edir.

Bu barədə Braziliya prezidenti Luiz İnasiu Lula da Silva məlumat verib.

UOL portalı Lulanın sözlərini sitat gətirir: "Qəzza zolağında baş verənlər soyqırım idi və düzünü desəm, bunun bir hissəsi olan ABŞ-nin anklavın qayğısına qalmağa çalışacaq ölkə ola biləcəyini bilmirəm" .

Braziliya lideri vurğulayıb ki, Qəzzanın yenidən qurulmasına fələstinlilərin özləri rəhbərlik etməlidir. Bundan başqa, Braziliya Fələstin-İsrail münaqişəsinin həlli çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə etməkdə davam edir.

Mövsüm

Aznews.az

seeBaxış sayı:86
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri