Braziliya prezidenti xəstəxanaya yerləşdirilib
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Bu barədə San-Pauludakı Sírio-Libanes xəstəxanasının mətbuat xidməti məlumat yayıb.
“Prezident Luiz İnasio Lula da Silva ötən gecə (9 dekabr) baş ağrısından sonra MRT-dən keçmək üçün Sírio-Libanes xəstəxanasında idi. Maqnit rezonans tomoqrafiyası oktyabrın 19-da evdə baş vermiş bədbəxt hadisə nəticəsində qanaxma göstərdi”,- məlumatda bildirilir.
Onun hematomanın çıxarılması üçün əməliyyat olunduğu qeyd edilib.
Hazırda reanimasiya şöbəsində Lula da Silvanın vəziyyəti stabildir.
Mövsüm
Aznews.az

Braziliya prezidenti beyin qanaması səbəbindən təcili xəstəxanaya yerləşdirilib
10 Dekabr 2024 14:29
Braziliya prezidenti təcili xəstəxanaya yerləşdirildi
10 Dekabr 2024 13:04
Braziliya Prezidenti reanimasiyadadır
13 Dekabr 2024 10:41
Brazilya prezidenti xəstəxanaya yerləşdirilib
10 Dekabr 2024 12:53
\Braziliya prezidenti xəstəxanadan buraxıldı
15 Dekabr 2024 19:48

